|
Bakı dairəvi yolunda bir sıra yeniliklər tətbiq olunub.
Day.az bildirir ki, yolun bir hissəsi əsaslı təmirdən sonra istifadəyə verilsə də, digər hissəsi 24-25 avqustda təmirə bağlanmışdı.
Dairəvi yolun zolaqlarından birində sürət rejimi 90 km/saata qədər artırılıb. Yerdə qalan iki zolaqda sürət limiti 110 km/saatdır.
Eyni zamanda, yola radar qurğusu da qoyulub.
Sürət məhdudiyyətləri ilə bağlı yeni informasiyalar 2 elektron tabloda əks olunub.
Xatırladaq ki, indiyədək Bakı dairəvi yolunda elektron tablolar tez-tez sıradan çıxırdı.