|
Rusiya ölkəmizdə özünün casusluq fəaliyyətini artırıb.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsveç mətbuatına müsahibəsində İsveç Müdafiə naziri Peter Qultkvist söyləyib.
Onun sözlərinə görə, Rusiya xüsusilə İsveçin hərbi sferasına maraq göstərir.
Nazir müsahibəsi zamanı dövlət işçilərini diqqətli olmağa səsləyib.