|
Klassik Xalq Cəbhəsi Partiyası 16 iyul 2016-cı il AXC-nin 27-ci ildönmü ilə bağlı tədbir keçirdi.
Teleqraf.az xəbər verir ki, KXCP üzvləri Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət etdi, məzara gül dəstələri qoydular. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsin sayğı ilə yad etdi və Azərbaycanın Dövlət himnini oxudular. AXC-nin ildönmü ilə bağlı çıxışlar oldu.
Daha sonra Partiyanın mənzil qərargahında tədbir davam etdi.
Tədbirdə Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan Xalq hərəklatının aparıcı siyasi qüvvəsi olduğu vurğulandı. AXC-nin yaradılmasında əməyi olanlar böyük sayğı və hörmətlə xatırlandı. Tədbir iştirakçıları Azərbaycan Xalq Hərəkatının ilk günlərindən geniş söhbət açaraq Azərbaycan Xalqının müstəqillik yolunda əzmkar mübarizəsindən geniş çıxış etdilər.