|
Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin Almaniya Bundestaqının qondarma qərarına etirazı ilə bağlı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkuna müraciət edib.
Teleqraf.az həmin müraciəti təqdim edir:
"Cənab Səfir!
Biz aşağıda imza edən partiya rəhbərləri, ötən həftə Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” barədə çıxarılmış qərardan məyus olduğumuzu nəzərinizə çatdırırıq. Parlamentdə demək olar ki, yekdilliklə olunmuş qərar Türkiyənin son illərdə inkişafına və artan nüfuzuna alman və Qərb çevrələrinin verdiyi cavab reaksiyasıdır. Biz bunun fərqindəyik. Türk və müsəlman dünyasının lokomotivinə çevrilən güclü Türkiyə bədxahları narahat etməkdədir.
Biz partiya rəhbərləri olaraq öz və təşkilatlarımız adından daima Türkiyənin yanında olduğumuzu ifadə etməklə yanaşı, bu çətin sınaq dövründə Sizin timsalınızda qardaş Türk xalqına dəstəyimizi ifadə edirik. Bütün ağır günlərimizdə bizə arxa durmuş türk cümhuriyyəti Azərbaycana mümkün olan köməyinə həmişə inana bilər. Bizim Sizə bu müraciətimiz daxilimizdə olan sevgi və bağlılığın cuzi bir hissəsidir.
Hörmətli İsmayıl bəy!
Dünən baş vermiş terror aktında həyatını itirmiş bütün mərhumların ailələrinə və uca Türk xalqına baş sağlığı verir, yaralanmış şəxslərin tezliklə sağalmasını Allahdan dua edirik.
Başın sağ olsun Türkiyə!
Dərin ehtiramla;
Aydınlar Partiyasının sədri : Qulamhüseyn Əilibəyhli
Azadlıq Partiyasının sədri : Əhməd Oruc
Azərbaycan Liberal Demokrat Partiyasınını (ALDP) sədri Fuad Əliyev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri : Mirmahmud Mirəlioğlu
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri: Əli Əliyev"