Türkiyədə səfərdə olan D18 Hərəkatının sədri Ruslan İzzətli İşçi Partiyasının sədri Doğu Perinçeklə görüşüb. Teleqraf.az-ın xəbərinə görə D18 Hərəkatının sədri Ruslan İzzətli İşçi Partiyasının sədri Doğu Perinçeklə Azərbaycandakı son zamanlarda ictimai və siyasi vəziyyət, insan hüquqlarının pozulması, Qarabağ problemi haqda fikir mübadiləsi edib.Türkiyə mediasının Azərbaycandakı siyasi proseslərə dəstək olmadığın bildirən Ruslan İzzətli, bu yöndə İşçi Partiyasının demokratiya və insan haqları yönündəki mübarizəyə dəstək olamaların istəyib. Doğu Perinçek İşçi Partiyasının, Ulusal Tv-nin və Aydınlıq qəzetinin bu yanlışlığı düzəldəcəyin bildirib, hər zaman üçünçü qüvvə və yeni nəsil siyasətçilərə dəstək olacaqların bildiriblər.