|
Ruslan İzzətli CHP rəhbərliyilə görüşdü..
Türkiyədə səfərdə olan Ruslan İzzətli CHP-nin Mərkəzi Qərargahında partiyanın rəsmilərilə görüşüb.
Teleqraf.az xəbər verir ki, CHP-nin mərgəzi qərargahında olan Ruslan İzzətli partiyanın İdarə Heyətinin üzvü Halit Toraman və Kəmal Kılıçdaroğlunun danışmanı Durak Karabulutla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, regionda demokratiya insan haqlarının durumu haqda fikir mübadiləsi aparılıb. Ruslan İzzətli CHP rəhbərliyinə Azərbaycand D18 Hərəkatının və formalaşmaqda olan üçünçü qüvvənin fəaliyyətindən və regiona baxışından danışıb.
Qeyd edək ki, Ruslan İzzətlinin Türkiyədə səfərləri davam edir. Səfər ərəfəsində partiya rəhbərləri və millət vəkillərilə görüşəcək.