Aygün Kazımovanın gürcü modelyeri Ramazo  “Ramazan”  bayramı münasibətilə müsəlman dostlarını təbrik edib.

Teleqraf.az-ın məlumatına görə, Ramazo təbriki şəxsi “İnstaqram” səhifəsində bəyan edib: “Ramazan ayı rəhmət və bərəkət ayıdır. Kim  bundan faydalansrsa qazanmış olar. Kim də istəməzsə, özü  bilər. Amma  oruc tutan  insanları məsxərəyə qoymayın. Hər  kəsin niyyətini bilən Allahdır. Kim orucu niyə və kimə görə tutur -  Allah bunu bilir. Siz  lütfən öz işinizlə məşğul olun. Tutmursan özün bilərsən. Tutana dil uzatma. Ən azından onda  olan iradə səndə olmadığına görə Ramazanı Şərəfiniz  mübarək olsun.”

Qeyd edək ki, Ramazo Türkiyənin məşhur simaları Ajda Pekkan, Tarkan, Ebru Polat və digər ulduzlarla çalışıb.

Xəbər lenti