Sözügedən ekran əsəri macəra və auksion janrındadır.
“Mister İnternational – 2014” milli seçim turlarının finala düşən iştirakçısı, model Ramin Akifoğlu Hollivudda filmə çəkilməyə hazırlaşır.
Bu haqda Oxu.Az-a təşkilatçı Aqil Məmiyev məlumat verib:
““Miramax Films”in ekranlaşdırdığı yeni film üçün Raminlə birgə 3 finalçını seçmişdik. Amma onlar Raminin üz cizgiləri filmə tam uyğun olduğu üçün onu bəyəndilər”.
Qeyd edək ki, filmin çəkilişləri ABŞ-ın Florida ştatı və Fransanın Korsika adasında baş tutacaq. Sözügedən ekran əsəri macəra və auksion janrındadır.
Ramin Akifoğlunun yeni fotosessiyasını təqdim edirik. Fotolar Rac Stevan tərəfindən çəkilib.



Xəbər lenti