Yaltaqlıq, məddahlıq insanı alçaldan xarakterlərdir. Təəssüf ki, cəmiyyətimizdə bu sahədə dırnaqarası inkişaf var və bu da ciddi problemlər yaşadır. Məsələ o həddə çatıb ki, tələbə yaşlı gənclər yaltaqlıq, məddahlıq məsələsində 60 yaşlı bəzi şəxsləri də üstələyirlər.

Kənardan baxanda bəlkə də məsələ o qədər problem doğurmur. Ancaq həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən gənclik ölkəni doğru gələcəyə apara bilməz.


Ətrafında baş verənlərə obyektiv (tənqidi demirik-red.) münasibət sərgiləyə biməyənlər ictimai təhlükəli adamlar hesab edilir. Onların sayının coxalması, onların gəncləşməsi yalnız təəssüf doğurur.

Cəmiyyətimizin, millətimizin məhvinə yönəlmiş bu pis vərdişin qarşısını necə almaq olar?.. 

Milli Məclisin deputatı Fazil Mustafa modern.az-a açıqlamasında yaltaqlığı millətin məhvinə yönəlmiş addım kimi qiymətləndirməyib.

“Yaltaqlıq uzun əsrlərdir bizdə formalaşmış və hətta mentalitetin içərisində ciddi faiz təşkil edən xüsusiyyətdir. Yaltaqlıq bu gün bəziləri tərəfindən sağlamlıq, bəziləri tərəfindən isə xəstəlik amili kimi qəbul olunur. Yaltaqların daha çox yaşaması, daha çox imkan sahibi olması müşahidə edilir. Ona görə bunu məhvə aparan kimi qiymətləndirməyək. Bu, bir xəstəlikdir və bu xəstəlik cəmiyyətin bir az feodal təbiətindən irəli gəlir. Hər kəs özündən bir pillə yuxarını özünün ağası hesab edir. Ona görə də bu formada münasibətlər qurmağa çalışır”. 

Deputat vurğulayıb ki, normal, azad cəmiyyətlərdə yaltaqlığa ehtiyac olmur.

“Bəzən insanların gərəyi olmur, amma xarakter olaraq yaltaqdır. Əslində, ictimai qınaq da var. 

İnsanlar məqsədyönlü şəkildə tərif yağdırmağı da qınayırlar. Bu qınanma cəmiyyətdə öz təsir gücünü o qədər də göstərmir. Ona görə də daha azad və qapalı olmayan cəmiyyətlərdə belə məsələlərə ehtiyac olmur. Məsələn, bu cəmiyyətlərdə rəhbərə, direktora, müdirə yaltaqlanmağa ehtiyac olmur, çünki onun mövcudluğunu qanun qoruyur. Qanun qoruduğu üçün kiminsə xoşuna gəlib-gəlməmə həmin şəxsin fəaliyyətinə çox təsir etmir. Bizdə isə insanların taleyi subyektiv amildən asılı olduğu üçün bu xüsusiyyəti özlərində daşıyırlar”. 

F.Mustafa insanların genində formalaşmış yaltaqlığı aradan qaldırmağın çətin proses olduğunu vurğulayıb.

“Hesab etmirəm ki, bu xüsusiyyət millətin məhvinə gətirir, çünki mənfi cəhətlər uzun müddət orqanizmin yaşamasına səbəb olur. Belə görünür ki, bu da orqanizmdə tarixən formalaşmış xüsusiyyətdir. Mədhiyyə janrında uzun illər əvvəl hekayələr, şeirlər yazılıb. Şəxsiyyətinə hörmət edənlər yaltaqlıqla məşğul olmasınlar. Cəmiyyətdə yaltaqların sayını azaltmaq üçün şəxsiyyətinə hörmət edənləri çoxlatmaq lazımdır”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti