Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib. 

“Qafqazinfo”ya açıqlamasında millət vəkili qeyd edib ki, Obama çıxışından öncə Azərbaycan qanunlarını oxumalı idi: “Birincisi, çıxış etmədən öncə Obama ya özü, ya da köməkçiləri Azərbaycanda qeyri-hökümət təşkilatları haqda qanunları oxumalı idi ki, bilsinlər söhbət nədən gedir. Azərbaycandakı QHT-lər haqdakı qanunlar dünyanın hər bir ölkəsindəki qanunla eynidi. Burad QHT-lərin fəaliyyəti, qeydiyyatdan keçməsi, həyata keçirdikləri layihələr qanunda normal şəkildə öz əksini tapıb. İkincisi, Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir. Yəni, istənilən QHT layihə təqdim edir və QHT-lərə yardım fondundan kifayət qədər maliyyə ayrılır. Biz həmişə şəffaflığın tərəfdarı olmuşuq. Burada isə söhbət o QHT-lərdən gedir ki, qeyri-şəffaf yolla ayrı-ayrı xarici ölkələrdən qrantlar alıb təyinatına uyğun olmayan istifadə edilməsindən gedir. Bütün dünyada da tələb olunur ki, QHT-lər şəffaf olsun”. 

YAP funskoneri QHT-lərlə bağlı məsələni aydınlaşdırmaq üçün Gürcüstanı misal çəkib: “Vaxtilə Gürcüstanda Soros Fondu elan etdi ki, qızılgül inqılabını biz maliyyələşdirmişik. Soros Fondu da qeyri-hökümət təşkilatı idi. Bu cür təşkilatlar yerli QHT-ləri maliyyəşdirməklə onları qeyri-qanuni işlərə məcbur edirlər. Bunun şahidi də olduq. Onların arasında erməni lobbisi tərəfindən maliyyələşən QHT rəhbəri müəyyən olunub. Bir çoxu məsuliyyətə cəlb edilib. Obamanın yanlış informasiya ilə çıxış etməsində də erməni lobbisinin rolu var. Obamanın çıxışı Azərbaycanın reallığını əks etdirmir. Ölkədə olmayan, yalan informasiyalar əsasında verilən bəyanatdır. Bunda da erməni lobbisinin və sapı özümüzdən olan baltaların xüsusi rolu var”. 

Siyavuş Novruzov deyib ki, Obama özü qarışdırdığı işlərlə məşğul olmalıdır: “Obamanın bu açıqlaması Azərbaycan-ABŞ münasibətlərinə heç bir təsir edə bilməyəcək. Belə bəyanatlar olur. Obamanı hər dəfə məcbur edirlər ki, 24 aprellə bağlı da danışsın. O, “Erməni soyqırımı” ifadəsini işlətməsə də ermənilərin öldürüldüyünü deyir. Amma Türkiyə ilə münasibətlərdə də heç nə dəyişmir. Bu klassik olaraq ABŞ rəhbərlərinin müxtəlif sahələrə diqqət göstərməsidir. Dünyanın bu qədər qlobal problemləri var, Şərq bir tərəfdən, qərb bir tərəfdən qarışıb. Rusiya-Ukrayna münasibətləri, bu tərəfdən İŞİD, o tərəfdən başqası, Obamanı isə Azərbaycandakı QHT-lər maraqlandırır. Hansı ki, o işləri də bunlar qarışdırıb, indi də onların həlli ilə məşğul olmalıdır. Obama həm Ukraynanı, həm də ərəb dünyasın qatıb bir-birinə, indi də terrorçuların öhdəsindən gələ bilmir. Bununla məşğul olmaq əvəzinə gəlib Azəraycanda QHT-lərlə məşğul olur”. 

Qeyd edək ki, ABŞ prezidenti Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Azərbaycanla bağlı bu fikirləri səsləndirmişdi:

"Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir".

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti