|
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,14 dollar qalxaraq 49,22 dollar olub.
VTİ markalı Texas nefti isə 0,79 dollar dəyər qazanaraq 48,19 dollar təşkil edib.
“Azəri Layt” markalı Bakı neftinin bir barrelinin qiyməti də 1,20 dollar və yaxud 2,44 faiz artaraq 50,30 dollara satılıb.