Neftin qiymətinin 60-65 dollar civarında sabitləşməsi ikinci devalvasiya qərarını bir qədər ertələsə də, ortadan qaldırmayıb. Konstitusiya Məhkəməsi dollarla verilmiş kreditlərlə bağlı mübahisələri bankların xeyrinə həll etdikdən sonra manatın dəyərinin növbəti dəfə ucuzlaşmasına hüquqi baxımdan maneə qalmır. Amma bu qərar verilərkən, təkcə iqtisadi səbəblər əsas götürülmür, ondan doğacaq siyasi nəticələr də bəri başdan götür-qoy edilir. Paralel olaraq, birinci devalvasiyadan keçən 3aylıq müddətdə baş verən proseslər təhlil olunur...

Bəs, fevralın 21-dən sonra Azərbaycanda nələr baş verdi? Əvvəlcə, buna göz ataq:

1. Dollarla kredit götürmüş vətəndaşlar, təxminən, 1.7 milyard manat zərərə düşdü;

2. Əmanətçilər banklardakı əmanətlərini dollara çevirməyə başladı, qısa müddətdə ABŞ valyutasında olan əmanətlərin həcmi 37 fazidən 67 faziə yüksəldi;

3. Banklar xarici borc öhdəliklərinə görə, külli miqdarda zərərə düşdülər. Xaric maliyyə qurumlarından alınan vəsaitlərin hamısı dollar və ya avro ilə cəlb olunub. Devalvasiya bankların onlara borcunun avtomatik olaraq 33 fazi artmasına səbəb oldu. Beynəxalq reytinq agentlikləri bir neçə iri bankın -"AGbank, "Dəmirbank", “Bank Technique”-nin defolt həddinə gəldiyini, sərmayəçilərin müdaxilə etməyəcəyi təqdirdə, nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyəcklərini elan etdi;

4. Qısa müddətdə banklarda problemli kreditlərin həcmi kəskin şəkildə artaraq  rəsmi rəqəmlərə görə, 1 milyard manatı keçdi;

5. Banklar kredit verilişini dayandırmağa məcbur oldu və beləliklə, zərərin miqyası daha da genişləndi.

Yaranmış gərgin situasiyada hökumət və Mərkəzi Bank kommersiya qurumlarının xilası istiqamətində real addımlar atmadı. Konstitusiya Məhkəməsinin qərarı istisna olunmaqla, banklara ciddi dəstək ifadə olunmadı. Nəticədə problemlər yuvarlanan qar topası kimi böyüyüb bütün iqtisadiyyatı sarmağa başladı.

Devalvasiyadan sonrakı ay Mərkəzi Bankın ehtiyatları ilə bağlı açıqladığı rəqəmlər şokedici oldu. Manatın məzənnəsinin sərbəst buraxılması valyuta ehtiyatlarının qorunmasına gətirib çıxarmayib - 1 ay ərzində dövlət bankı daha 1 milyard intervensiyaya getməyə məbur olub. Sonrakı aylarda da Mərkəzi Bankın ehtiyatlarının azalması həmin sürətlə davam etdi. Ötən ayın yekunlarına görə, Mərkəzi Bankın 15 milyard manat həcmində olan valyuta ehtiyatları 8 milyard civarında qalıb. Yəqin ki, başa çatmaqda olan may ayında da 1 milyard manata kimi azalma olacaq. Bu tendensiya Mərkəzi Bankı ikinci devalivasiyaya doğru sürükləyir.

Mərkəzi Bankin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov dəfələrlə bildiriblər ki, manatın məzənnəsi nefin dünya bazarındakı qiymətlərindən asılı olacaq. Yəni, ölkəyə neft satışından nə qədər dolların gələməsi devalivasiya barədə qərarı şərtləndirir. Son 3 ayda neftin dəyəri büdcə proqnozundan 40 faiz az olaraq qalmaqda davam edib. Yay aylarında proqnozlar mənfiyə doğru dəyişir. Həm yanacağa olan tələbatın təbii olaraq azalması, həm də gələn ay İranla "altlılıq" arasında sazişin imzalanması "qara qızıl"ın dəyərini aşağı həddə saxlayacaq.

Deməli, devalvasiya üçün hökumətin qəbul etdiyi prinsipial şərt var - ölkənin əsas gəliləri azalmaqda davam edəcək və manatın kursu sərbəst buraxılacaq.

Manatın dəyərsizləşməsini sürətləndirən daha bir prosesi hökumətin özü aparır.

Son vaxtlar bankdan kredit götürüb qaytarmayan iş adamlarının həbsi ölkədən kapital axınını sürətləndirib. Proses nə qədər qanuni çərçivədə aparılsa belə, real şərtlər daxilində investisya mühitinə zərər vurur. Yayılan məlumatlara görə, imkanlı dairələr ölkədəki pullarını müxtəlif vasitələrlə xaricə daşıyaraq təhlükəsizliyinə təminat almağa çalışırlar. Azərbaycandan qaçırılan vəsaitlər, təbii ki, xarici valyutaya çevrilir. Bu da ölkədə dollara, avroya təlabatın artmasına səbəb olur.

Beləliklə, qaçılmaz görünən ikinci devalvasiya ilk zərbədən süst hala gəlmiş maliyyə sistemini iflic duruma sala bilər. Bankların öhdəlikləri həddən artıq çoxalıb. Geri qayıtmayan kreditlər artıb, üstəlik kredit verə bilmədiklərinə görə, gəlirləri kəskin azalıb. İkinci devalvasiya həm öhdəlikləri (bura depozitlərə görə faizlər vermək, xaricdən alınan kreditləri qaytarmaq daxildir) artıracaq, həm problemli kreditləri, həm də zərərin miqyasını böyüdəcək. Depozitlərə görə fazilər ödənilməyəndə isə əhali əmanətlərini geri çəkməyə başlayacaq...

Deməli, qarşıda bizi bank böhranı gözləyir. Bir neçə iri bankın özünü müflis elan etməsi qaçılmazdır.

Daha sonra dollarla kredit almış vətəndaşların durumu daha da pisləşəcək. Onların da banklar qarşısında borcları çoxalacaq ki, bu da sosial durumu pisləşdirməklə yanaşı, cəmiyyətdə gərgin situasiya yaradacaq.

Hökumətin, Mərkəzi Bankın hansı qərarlar alacağı məlum deyil. Rəsmi şəxslər sadəcə anons ediblər ki, ikinci devalvasiyanın olub-olmayacağı neftin qiymətindən aslıdır. Amma bankları, vətəndaşları zərərdən sığortalamaq üçün hansı addımlar atılacaq, bu, məlum deyil. Yəqin ki, həmişə olduğu kimi bu dəfə də böhran məngənəsinə düşən hər kəs öz başına çarə axtarmalıdır...

strateq.az

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti