Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün keçirilən “Qəbələ” – “Dinamo” (Tiflis) matçı başlayıb.

Teleqraf.az apasport.az saytına istinadən xəbər verir ki, “Qəbələ” rəhbərliyi ilk matçda azarkeşlər arasında baş verən insidenti nəzərə alaraq, ehtiyatlı davranıb.

Belə ki, meydanda qapılardan birinin arxasındakı sektor boş saxlanılıb. Ora lent bağlanıldığı üçün, həmin sektora fanatlar buraxılmayıb. Gürcü azarkeşlər həmin sektorun sol tərəfində yerləşdirildiyindən, bu addım görünür, onlarla yaxınlıqdakı yerli azarkeşlər arasında insident baş verməsinin qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.

“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər. Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.

Qəbələli azarkeşlər ardınca növbəti pankartlar açıblar. Bu dəfə “Borçalı Azərbaycanındır”, “Sarvan no Marneuli” yazısı ilə yanaşı, “Bostandere No Rustavi”, “Başkeçid no Dmanisi!” və “Choruk Gemerli! No Bolnisi!” pankartları da qaldırılıb. Lakin polislər yenidən müdaxilə edərək, pankartı yığışdırıblar.

Azərkeşlər həmçinin tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritəni də açıblar.

İkinci hissənin startından təxminən 10 dəqiqə sonra – görüşün 55-ci dəqiqəsində azarkeşlər Gürcüstan bayrağını yandırıblar.

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti