Rövşən Zahidov: «Dedim ki, Allahınız olsun, belə vicdansızlıq olmaz»

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin hökumətə qarşı tənqidi fəaliyyətinə görə həbs olunmuş qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda Şamaxı Rayon Poli Şöbəsinin rəisinin müavini Polad Qarayev və şöbənin əməkdaşı Fikrət Musayev dindirilib. Onların hər ikisi Rövşən Zahidovun həbsi, onun evində axtarış aparılması barədə danışıblar.

Rövşən Zahidov məhkəməyə ifadə verərkən bildirmişdi ki, heç bir qanunsuzluğa yol vermədiyi halda, Şamaxı şəhərində küçədən tutub polis şöbəsinə aparıblar. Orada polis rəisi Habil Əmiraslanov və onun müavini Polad Qarayevin rəhbərliyi altında ona təzyiq göstərilib. Rövşən Zahidov bu barədə dediklərini Polad Qarayev dindirilərkən bir daha təkrarladı.

Rəis müavini iddia etdi ki, o, Rövşən Zahidova heç bir təzyiq göstərməyib, Qənimət Zahidi tanımır və onun adını çəkməyib. Sadəcə, Bakıdan Narkotiklərlə Mübarizə Idarəsi və Səbail Rayon Polis Idarəsinin əməkdaşları Rövşən Zahidovun evində axtarış aparmaq üçün gələndə onlarla birlikdə axtarışa gedib. Axtarış zamanı evdə pencəyin cibindən narkotik tapılıb.

Qeyd edək ki, evində axtarış aparılarkən Rövşən Zahidov dörd gün idi ki, Şamaxı Rayon Polis Şöbəsində həbsdə saxlanılırdı. Özünün də dediyi kimi, iyulun 20-də onu küçədən tutub aparıb, 25 sutka inzibati həbs cəzası vermişdilər.

“Adam kişi olar!”

Rövşən Zahidov polis rəisinin müavini Polad Qarayevin danışdıqlarının yalan olduğunu bildirib: “Adam kişi olar, vicdanla danışar. Həbsimin üçüncü günü sən bir ”serjant”la gəlib məni rəisin otağına aparmadın? Orada demədiniz ki, “seç, ya ailə-uşağın, ya da bu sənədlərə qol çək”?

Ölüm ayağında da məni danışdırsanız, bunları deyəcəm. Çünki o hadisələri bunlar mənə yaşadıblar. Bu Qarayev özü mənə dedi ki, “bizlik heç nə yoxdur, hamısı Qənimətə görədir”. Həbsimin üçüncü günü bir “serjantla” birlikdə gəlib məni müvəqqəti saxlama yerindən çıxarıb rəisin otağına qaldırdı. Dedilər ki, “evindən narkotik çıxıb”. Dedim, ola bilməz. Dedilər ki, “Rüfət tutulub, sən də ifadə ver ki, ondan almısan, işin yüngülləşsin”. Dedim, Allahınız olsun, belə vicdansızlıq olmaz”.

“Gedim Kürdəxanıda özümü asım?!”

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov Rövşən Zahidovun rəis müavininə “kişi kimi danış” təklifini təhqir kimi qiymətləndirib, tez-tez onun sözünü kəsəndə Zahidov haqsızlıqlara artıq dözə bilmədiyini deyib: “Mənə birbaşa dövlətin adından təzyiq eləyirsiz. Neyləyim, Kürdəxanı türməsində gedim özümü asım? Bu qədər haqsızlıq, vicdansızlıq olmaz axı…”

Rövşən Zahidovun həyat yoldaşı Leyla xanım məhkəmədə ifadə verərkən bildirmişdi ki, əri tutulandan sonra rəis müavini Polad Qarayev mütəmadi olaraq, “Niva” markalı maşınla onların evinin ətrafında dolaşıb. Evlərində axtarış aparılan gün də onlara yalvarıb: “Yalvarıb dedim ki, evimə nəsə atıb, məni bədbəxt eləməyin…”

Polad Qarayev ifadə verərkən vəkillər Leyla xanımı da çağırıb çarpaz dindirmə aparıblar və o, dediklərini bir daha təsdiqləyib.

<iframe src=”http://azadliq.share.rferl.org/flashembed.aspx?t=vid&amp;id=27670792&amp;w=640&amp;h=363&amp;skin=embeded” scrolling=”no” frameborder=”0″ width=”640″ height=”363″></iframe>

Digər şahid Fikrət Musayevə gəlincə, o dindirilərkən Rövşən Zahidov bildirib ki, onu küçədən tutub şöbəyə aparanlardan biri bu polis olub.

Məhkəmədə Rövşən Zahidovla Fikrət Musayev arasında belə bir dialoq olub:

– Yadındadı rəisin otağının yanındakı kabinetdə mənə nə dedin? Dedin ki, indi Qənimət gəlsin, sizi qurtarsın…

– Xeyr, elə söhbət olmayıb.

– Mən sənin yerinə olsam, evimə bu cür əməllərlə çörək aparmaqdansa, zəhər apararam.

Polis rəisinin müavini vətəndaşları hədələyir

Məhkəmə iclasının sonunda Zahidovların qohumları polisləri yalan ifadə verməkdə qınayıb. Bu zaman polis rəisinin müavini Polad Qarayev qapıdan çıxarkən onları hədələyib: “Baxarsız, görərsiz ki, sizə neyləyəcəm…”

Rəis müavininin bu hərəkətindən sonra Rövşən Zahidov məhkəməyə müraciət edərək, yaxınlarının təhlükəsizliyinə təminat verilməsini istəyib.

Məhkəmə prosesi aprelin 19-da davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

“Evdə də məktəb olar? O da nə gündə…”

Məktəbə qonşu kəndlərə gedən Qalaaltı uşaqları

Bu kəndin uşaqları hər səhər dəftər-kitablarını qoltuqlarına vurub təhsil dalınca qonşu kəndlərə gedirlər. Qışda isə palçıqlı və təhlükəli yollara çıxa bilmirlər deyə, təhsilsiz qalırlar.

“Kənd məktəbimiz, demək olar, yoxdur. Bir şəxsi evin birinci mərtəbəsində bir otaqlı yerdir. Adını ”4 illik orta məktəb” qoyublar. Vur-tut iki müəllimi var, 6 şagirdi. Çünki kənd adamları uşaqlarını o məktəbə qoymur”.

“Evdə də məktəb olar?”

Siyəzənin Qalaaltı kənd sakinləri kənddə məktəb tikilməsini tələb edirlər. Qiyaməddin Cəlilovun “Azadlıq” radiosuna deməsinə görə, bu kəndin uşaqları hər səhər dəftər-kitablarını qoltuqlarına vurub təhsil dalınca qonşu kəndlərə gedirlər. Qışda isə palçıqlı və təhlükəli yollara çıxa bilmirlər deyə, təhsilsiz qalırlar: “Bir var təmirsiz, qəzalı məktəb ola, bir də var heç o da olmaya. Evdə də məktəb olar? Özü də bir otaqlı. O da nə gündəydi… Ev sahibi özü bacardığı qədər təmir elədi”

Sakin deyir, uşaqlar, əsasən, yaxınlıqdakı Məşrəf kəndinin məktəbinə getməli olurlar. Buna baxmayaraq, Qalaaltı uşaqları təhsilə meyllidirlər: “Kənddə məktəb olmasa da, baxırsan ki, uşaq oxumaq istəyir. Bizdən o qədər ali savadlısı çıxıb ki. Müəllimi, mühəndisi, həkimi… Ancaq nə olardı, dövlət bu uşaqları nəzərə alaydı, bunlara bir məktəb tikib bağışlamaq hökumətin əlində nədir ki”.

“Qardaş, get, dünyaya yay ki…”

Qalaaltı dağ kəndidir. Kənddə müalicəvi sanatoriya fəaliyyət göstərir. Hər yay mövsümündə kəndə həm başqa rayonlardan, həm paytaxtdan, həm də xaricdən turistlər gəlir. Elə sakinlər də düşünürlər ki, vay o gündən, bu xarici turistlərdən biri kənd məktəbinin yanından ötə və bilə ki, bura təhsil ocağıdır.

Kənd sakini Yengibar Şahbazov: “Tutasan turisti, gətirəsən, göstərəsən bu məktəbi ona. Deyəsən, ”qardaş, get, dünyaya yay ki, döşünə döyən Azərbaycanın o boyda kəndində məktəb adına bir otaq gördüm, o da bir kişinin şəxsi evinin altında”. Ayıbdı, vallah…”

45 məktəbə 800 min manat

Siyəzən rayon icra hakimiyyətindən bildiriblər ki, kənddə cəmi 30 ailə yaşadığından gələcəkdə kənddə məktəb tikilib-tikilməyəcəyi bilinmir. Ancaq indilik 4 illik məktəbin dam örtüyü və döşəməsi təmir olunub.

Yerli medianın yazdığına görə, 2013 və 2014-cü illərdə Siyəzən rayon Təhsil Şöbəsinə təkcə bərk və yumşaq inventarların alınmasına 200 min manat ayrılıb.

Siyəzən təhsil şöbəsi həmçinin digər avadanlıqların alınmasına 120 min manat xərcləyib. Ümumilikdə isə son 2 ildə Siyəzən rayon Təhsil Şöbəsi 440 min manat vəsait xərcləyib. Hara və necə xərclənməsi isə məlum deyil. Ötən il şəxsi evin birinci mərtəbəsində yerləşən bir sinifli Qalaaltı kəndindəki 4 illik ibtidai məktəbin təmirinə 4 min 600 manat vəsait ayrılıb.

Üstəlik, Siyəzən rayon Icra Hakimiyyətinin büdcəsindən rayon məktəblərinə 150 min manat vəsait ayırıb ki, bu vəsaitin bir hissəsi də məhz Qalaaltı kəndindəki 4 illik ibtidai məktəbin damının örtülməsinə xərclənib. Bir sözlə, Siyəzəndə fəaliyyət göstərən 45 məktəbə 2 ildə azı 800 min manat ayrılsa da, məktəblərin inventar və texniki təminatı acınacaqlı vəziyyətdədir.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti