ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində deyib.

“Biz istənilən kiber hücumlara cavab verməyə qadirik. Onlar bunu gözəl bilir. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, - Bayden qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

Xəbər lenti