Keçmiş baş nazir Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin çıxışının əsas məqamlarından danışıb.

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışının əsas məqamlarından danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında 2016-cı ili ölkə iqtisadiyyatı üçün “ən çətin və ağır il” kimi qiymətləndirib. Siz 2016-cı ildə Azərbaycan iqtiadiyyatının durumunu necə qiymətləndirərdiniz?

Hesab edirəm ki, islahatlar vasitəsi ilə yuxarıdan böhran prosesinin qarşısının alınması üçün mümkün olan imkanlar 2013-cü ilədək hələ mövcud idi. Amma hal-hazırda belə imkanlar demək olar ki, yox dərəcəsindədir.

Pənah Hüseyn: Əslində, 2016-cı ili əvvəlki illərdən ayırmaq lazım deyil. Mənə elə gəlir ki, son illərdə bizdə əvvəl maliyyə-bank böhranı başladı, daha sonra bu real iqtisadiyyata keçdi, hal-hazırda sossial sahədə (işsizlik, əhalinin gəlirlərinin aşağı düşməsi) özünü göstərir. Bunun da təbii ki, öz nəticələri var. Bu ölkədə açıq-aydın siyasi böhrana doğru gedir. Hesab edirəm ki, islahatlar vasitəsi ilə yuxarıdan böhran prosesinin qarşısının alınması üçün mümkün olan imkanlar 2013-cü ilədək hələ mövcud idi. Amma hal-hazırda belə imkanlar demək olar ki, yox dərəcəsindədir. Təəssüf ki, böhranın artıq idarəolunmaz bir şəkildə davam etməsi, dibə çatması və ondan sonra yaranacaq situasiyada ölkənin hansı istiqamətdə gedəcəyi, hansı alternativləri seçməsi ilə bağlı nəticəyə gəlmək mümkün deyil.

Amerikanın Səsi: 2017-ci ildə Azərbaycan iqtisadiyyatında inkişaf gözləmək olarmı? İqtisadi islahatların tempini necə xarakterizə edərdiniz?

2017-ci ildə böhran davam edəcək.

Pənah Hüseyn: Əslində bu, statistik rəqəmlərdə deyilir. O cümlədən, prezident İlham Əliyevin çıxışında da bəzi statistik rəqəmlərə toxunulub. Kənd təsərrüfatının müəyyən qədər inkişafından danışılıb, sonra qeyri-neft sektorunda və sairədə inkişafdan söhbət gedir. Əvvəla, elementar ilkin yanaşma ondan ibarətdir ki, bu cür dəhşətli iqtisadi-maliyyə böhranı və real iqtisadiyyatda baş verənlərlə müqayisədə bu rəqəmlər real görünmür. Ümumdaxili məhsulun azalması və digər iqtisadi indikatrlara görə hansısa bir inkişafdan danışmaq mümkün deyil. O ki, qaldı hələlik ekzotik görünən bəzi addımlara, 2017-ci ildə bunların artması gözlənilir. Məsələn, kənd təsərrüfatında aparılan müəyyən dəyişikliklər nəticəsində ən azı ölkənin özünü bəzi ərzaq məhsulları, - ətlə, heyvandarlıq məhsulları və sairə ilə təmin etməsi, xarici asılılığın tam da olmasa, müəyyən qədər azalması baş vermişdi. İndi təzə xətt götürülüb, bu pambıqla əlaqədar kolxoz quruculuğu və sair, bu əlbəttə vəziyyəti daha da dərinləşdirəcək və praktiki olaraq hər yerdə kredit-subsidiya ovçuları hərəkətə gəlib. Bu da ölkənin büdcəsindən bir xeyli vəsaitin tamamilə səmərəsiz şəkildə sərf olunmasına şərait yaradıb. Məsələn, bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq. Pambığı may ayında əkməzdilər ki, hazırda da pripiskadan başqa heç nə getmir. O baxımdam hesab edirəm ki, 2017-ci ildə böhran davam edəcək. Bu sonsuz olaraq da davam edə bilməz. Hər halda 2017-ci il 2016-cı ildən yaxşı olmayacaq.

Amerikanın Səsi: Prezident Əliyev qərbə inteqrasiyaya yox, ikitərəfli əlaqələrin inkişafına üstünlük verdiyini bildirib? Siz necə düşünürsünüz?

Qərbə inteqrasiya bizim dövlətimizin quruculuq fəlsəfəsinə daxildir. Məşhur avropalaşmaq şüarını da burada yada salmaq lazımdır.

Pənah Hüseyn: Sözün doğrusu, burada prinsip etibarı ilə mənim üçün mühüm olan odur ki, faktiki olaraq bu cür deyimlərlə Azərbaycan hökuməti inkişaf fəlsəfəsindən imtina edir. Yəni, biz vətəndaşlar, Azərbaycan cəmiyyəti qərbə inteqrasiya deyəndə hansısa iqtisadi birliyə, yaxud ölkələr birliyinə daxil olmaqdan daha çox iqtisadi, siyasi, sosial sahədə müəyyən qabaqcıl standarların əsas götürülməsi və ölkənin istər qanunvericiliyi sisteminin, istərsə də idarəçilik sisteminin bu standarlara uyğunlaşdırılmasını nəzərdə tuturuq. Yəni faktiki olaraq bundan imtina olunur. İşin də, deyimin də təhlükəli cəhəti budur. Yoxsa, orada indiki iqtidara alternativ olan qüvvələrin ünvanına da fikirlər səslənib ki, guya bunlar buradan nüfuz və ya başqa ölkələrə xidmət üçün istifadə etməyə çalışırlar. Bu ittihamı da doğru hesab etmirəm. Bir daha təkrar edirəm, çünki biz qərbə inteqrasiya deyərkən, heç də bütöv yox, amma ümumi universal dəyərlərin və standartların Azərbaycana tətbiqini nəzərdə tuturuq. Eyni zamanda, burada müzakirə olunası məsələlər də var, hər halda Azərbaycanın bir sıra qanunvericilik aktlarında, o cümlədən “Milli Təhlükəsizlik Konsepsiyası”nda, “Müdafiə Doktrinası”nda və bir sıra dövlət proqramlarında konkret olaraq inteqrasiya, o cümlədən Avroatlatik məkana inteqrasiya məsələləri özünün əksini tapıb. Bu bizim dövlətimizin quruculuq fəlsəfəsinə də daxildir. Məşhur avropalaşmaq şüarını da burada yada salmaq lazımdır. Hesab edirəm ki, bu üzərində düşünüləsi ciddi məsələdir.

Amerikanın Səsi: Prezident Əliyev referendumu böhran dövründə iqtidar üçün bir test adlandırıb. Yəni, xalq iqtidara “hə” deyib. Digər tərəfdən indiki iqtidarın alternativinin olmadığını bildirib. Siz necə düşünürsünüz?

Azərbaycan 25 il müstəqil olduqdan sonra yenidən kolxoza, pambığa və azad olmayan məcburi əmək sisteminə qayıdış baş verir.

Pənah Hüseyn: Bu bir zehniyyət məsələsidir. Avtoritar zehniyyət rəqabət, alternativ qüvvələrin mövcudluğu və onlarla birgə azad yarış istiqamətində hansısa bir mövcudluğu qəbul etmir. Bu da onun əlavə çox təhlükəli təzahürlərindən biridir. Dövlət başçısı bunu açıq-aydın ifadə etdi. Mən ümumiyyətlə, bu referendum məsələsindən böyük bir faciə düzəltmək tərəfdarı deyiləm. Referendum əslində ölkənin düşdüyü, daha doğrusu rejimin düşdüyü, İlham Əliyev iqtidarının düşdüyü siyasi böhrandan qurtulmaq cəhdidir ki, mənim qənaətimdir ki, bunu tam iflas edəcək. Vəziyyətdən çıxış yolu vitse-prezident vəzifəsi və yaxud digər başqa sahələrdə deyil. Bu referendumda təhlükəli cəhət əlbəttə bu, xüsusi mülkiyyət hüququnun, ifadə azadlığının, prinsip etibarı ilə ölkənin inkişafına səbəb ola biləcək, imkan verə biləcək az-çox müəyyən atributlar, mexanizmlər var, bunların da artıq aradan qaldırlmasına yönəlməsidir. Yenidən bu necə ki, kənd təsərrüfatında özünü göstərdi. Azərbaycan 25 il müstəqil olduqdan sonra yenidən kolxoza, pambığa və azad olmayan məcburi əmək sisteminə qayıdış baş verir. Əgər bu yol vəziyyətdən çıxış yolu olsa idi, heç sovet quruluşu, komunist rejimi dağılmazdı. O baxımdan, bir daha təkrar edirəm, indiki bu ritorikanı və bu deyimləri, atılan addımları, hərəkətləri artıq indiki iqtidarın, rejimin özünün son inkişaf mərhələsinə daxil olmasının göstəriciləri kimi dəyərləndirirəm.

Amerikanın Səsi: Hazırki durumdan çıxmaq üçün hansı addımlar atılmalıdır?

Pənah Hüseyn: İqtisadi hakimiyyət və siyasi hakimiyyət bir-birindən aralanmalıdır. Siyasi elita dəyişməlidir, ilkin kapital yığımı baş verib, onların hansı mənbələrdən toplanmasından asılı olmayaraq işləməsi üçün şərait yaratmaq lazımdır. Yeni siyasi elita və yeni siyasi komanda vəziyyətdən çıxış üçün müəyyən addımlar atmağa şərait yarada bilər.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

04 Okt 2016 ANS-in fəaliyyəti bərpa olunur

Xəbər lenti