Peşəkar boks tarixində ilk Azərbaycanlı Avropa cempionu Ağəli Alışov üzləşdiyi məmur özbaşınalıqları və diqqətsizlik barədə  mətbuat orqanları vasitələri ilə Dövlət başısı İlham Əliyevə etdiyi müraciətdən sonra yenidən hədələnməyə başlanılıb.

Bu barədə Teleqraf.az-a məlumat verən  Avropa cempionu Ağəli Alışov deyib ki: "Mənə qarşı baş verən diqqətsizlik barədə cənab prezidentə etdiyim müraciətlərdən sonra  “Facebook” səhifəmə saxta profillərlə yazaraq problemlərimi mətbuatda işıqlandırmamğım üçün məni təhqir edirək hədə-qorxu gəlirlər."

Avropa cempionu onu da bildirib ki, “Bu gunə qədər kecirdiyim bütün yarişlari yaxin dostlarimın,  qohumlarimın  və öz səxsi qazandigim pullarin hesabina kecirmişəm və bütün yarişlarda ölkəmi Azərbaycani təmsil eləmişəm. Dəfələrlə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Boks Federasiyasına yarışlarda iştirakım üçün dəstək olmaları üçün həm həm şifahi həm də yazılı müraciət etmişəm. Dəfələrlə məmur özbaşınalıqları ilə üzləşdikdən sonra cənab prezident İlham Əliyevin məmur özbaşınalıqları ilə üzləşən vətəndaşların şəxsən onun özünə yazaraq məlumat verməsini istədikdən sonra, mən cənab prezidentə yazaraq problemlərim və qarşılaşdığım məmur özbaşınalıqları haqqında məlumat verdim. Bundan sonra mənə saxta adlarla yazaraq hədə -qorxu gəlinməyə başladı. Görünür hakimiyyətin yuxarı eşalonunda təmsil olunan bir çox məmur varki, bunların fikri insanları prezidentə qarşı qoymaqdır. Yoxsa mənim kimi vətəninə bağlı olan, hər bir yerdə Azərbaycanımızın bayrağını dalğalandırmağı özünün vacib borclarından biri hesab edən bir idmançıya qarşı bu cür davranışlara yol verməzdilər."

Xatırladaq ki, Ağali Alışov Peşəkar boks tarixində ilk Azərbaycanlı Avropa cempionu dur. Rusiyada keçirilən əmək sərgisində ermənilərin əlindən  “qondarma Qarabağ bayrağı”nı alıb cıran və ermənilər tərəfindən odlu silahla yaralanan idmançımız Ağali Alışov olubdur.

Elşən Əlisoy

Xəbər lenti