KlassikXalq Cəhbəsi Partiyası (KXCP) Vatikanın ölkəmizdəki nümayəndəliyinə etraz bəyanatı təqdim edib.

Klassik Xalq Cəhbəsi Partiyası Ali Məclisi  Roma Papası Fransiskinin aprelin 12-də Vatikandakı Müqəddəs Pyotr kilsəsində təşkil edilən mərasimdə I dünya müharibəsində Osmanlı dövlətində baş verən olayları «ermənisoyqırımı» adlandırmasına etiraz edərək Bəyanat qəbul etmişdir. Bəyanat Vatikanın ölkəmizdəki nümayəndəliyinə təqdim edilmişdir. Bəyanatda deyilir:

Klassik Xalq Cəbhəsi Partiyası Roma papası Fransiskinin aprelin 12-də Vatikandakı Müqəddəs Pyotr kilsəsində təşkil edilən mərasimdə I dünya müharibəsində Osmanlı dövlətində baş verən olayları «ermənisoyqırımı» adlandırmasını tarixi və hüquqi gerçəklərdən uzaq və qəbuledilməzolduğunu bəyan edir.  

KXCP Papa Fransiskinin bəyanatını tarixi reallığı əks etdirməyən,daha çox erməni lobbisinin təsiri altında qəbul edildiyini qeyd edir.

Dini mərasimlərdə bu cür əssasız və qərəzli bəyanatlarla çıxış emək dini liderə yaraşmaz. Bir çox regionlarda  din pərdəsi altında  başverən geniş terror hadisələrinin bütövlükdə bəşəriyyəti narahat etdiyi bir dövrdədini liderlər insanları sülhə, barışa, xoşgörüyə dəvət etmək əvəzinə əsassız ittihamlarla toplumlar arasında kin və nifrəti qızışdırmaları xöş niyyətdən çox uzaqdır və beləqərəzli bəyanatlar təhlükəli tendesiyaların yaranmasına səbəb ola bilər. Necə ki,bu bu bəyanatdan ruhlanan Avropa Parlamenti kimi çox nüfuzlu bir təşkilat 15 apeldədaha uzaqlara gedərək hadisələrə siyasi damğa vurmaqla “Anım günü” oluşdurulması təşəbbüsü ilə çıxış etdi. Hadisələrin gedişi yaxın gələcəkdə Avropada “faşizm” və“nasizm” kimi təhlükələrin yaranması ehtimallarını artmasından xəbər verir.     

KXCP eyni zamanda bəyan edir ki, Azərbaycan hakimiyyəti bu cür bəyanatlardan lazımi dərs götürməli, eləcə də erməni daşnaklarının zaman- zaman soydaşlarımıza qarşı həyata keçirdikləri vəhşiliklərə, yaxın keçmişdə törətdikləri Xocalı soyqrımna heç bir münasibət bildirməyən bir din liderinin dini təəsübkeşliyindən meydana çıxa biləcək təhlükələri diqqət mərkəzində saxlamalıdır. 

KXCP Papa Fransiskinin dini liderə yaraşmayan açıqlamasını pisləyrək bu açıqlamanın, dünyanın ən böyük xristian kilsəsinin  missiyasına, dəyər və prinsiplərinə zidd olduğunu xatırladır. Çünki bu açıqlama müxtəlif inanclara sahib olan Avropa ailəsinin mehriban qonşuluq münasibətləri çərçivəsində yaşamasına, Avro-atlantik məkana inteqrasiyasına, sülhün və əmin- amanlığın möhkəmlənməsinə deyil,ziddiyyətlərin dərinləşməsinə xidmət edir. 

Xəbər lenti