Keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Ukrayna hadisələrinin alovlanmasında ABŞ hərbçilərinin maraqlı olduğunu dilə gətirib.

O, bu barədə İsveçrə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, həmin şəxslər münaqişədə olan tərəflərə silah satmaqla və tarixin arxivinə atılmış “silahlanma yarışı”nı bərpa etməklə, bu müharibədə “əllərini isindirmək” istəyirlər.

Hazırda qlobal arenada həyata keçirilən siyasəti ciddi tənqid edən Qorbaçov bildirib ki, "soyuq müharibə" dönəmindən sonra dünya ölkələri sülh şəraitində yaşamağın mümkünlüyünə yavaş-yavaş alışmışdılar:

“Lakin silah dəllalları hər vəchlə bu sabitliyi pozmağa çalışırlar. Bizləri də III Dünya Müharibəsinin hər an başlayacağı ilə təhdid edirlər və insanları bu təhlükəyə vərdiş etdirirlər”.

Xatırladaq ki, Qorbaçovun müsahibədəki bəzi fikirlər Avropada ciddi rezonansa səbəb olub (axar.az).

Xəbər lenti