Bu yolda avtomobillər öz-özünə hərəkət edir. Söhbət Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsindən gedir. Hətta bu ərazidə telefonda şəbəkə olmasına baxmayaraq, əlaqə yaratmaq da mümkün olmur.

Xəzər xəbər-in məlumatına görə, mühərrikləri sönülü olsa da, avtomobil təpəyə doğru hərkət edir. Yolun təxminən 1 kilometrlik hissəsində avtomobillərin mühərriki sönülü, sürətlər qutusunun isə neytral vəziyyətdə olduğu halda maşın qəfildən şərq istiqamətinə doğru hərəkət etməyə başlayır.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət getikcə artaraq 60 km/s-ya çatır. Maraqldır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə çətinliklə üzləşrilər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır.

Yerli sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda ərazidə telefonla danışmaq da mükün olmur.

Ehtimal olunur ki, yolun bu hissəsində maqinit sahəsi mövcuddur. Kənd sakinləri ərazinin belə olduğunu bildirkləri üçün sükan arxasında burada daha da ehtiyatlı olmağa çalışırlar.

Xəbər lenti