Türkiyə Jandarmasının komandanı ordu generalı Qalib Mendi Azərbaycana gələcək.

Report-un hərbi mənbələrdən əldə etdiyi məlumata görə, jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.

Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Xəbər lenti