İsgəndər Həmidov: “Avrasiya İttifaqına qoşulmaq Azərbaycanın müstəqilliyini, suverenliyini itirməkdir”

“Avrasiya İttifaqına üzvlük bizim xalqa, millətə müsbət heç nə vəd etmir, əksinə, itirə bilərik. Mən buna çox pis baxıram”. İstiqlalçı miilət vəkillərindən olan İsgəndər Həmidov dövlət başçısı İlham Əliyevin Avrasiya İttifaqı ilə bağlı son fikirlərinə münasibət bildirərkən belə deyib. Teleqraf.az xəbər verir ki, İ.Həmidov məsələyə bu ittifaqa qoşulmağın xalqa nə verəcəyi prizmasından baxır və durum ürəkaçan deyil. “Avrasiya İttifaqına qoşulmaq Azərbaycanın müstəqilliyini, suverenliyini itirməkdir və gələcəkdə Avrointeqrasiyaya olan körpüləri yandırmaq deməkdir. Ona görə də çox təhlükəli və çox ciddi addımdır. Çünki Avrasiya İttifaqının üzvlərinin əksəriyyəti Qərb, demokratik dünya tərəfindən qəbul olunmayan dövlətlərdir. O dövlətlərin hamısında totalitar rejimdir. Orta Asiya, Çin və digərlərində oxşar vəziyyətdir. Demokratiya uğrunda mübarizə aparanlar, demokratiyanın Azərbaycanda bərqərar olmasını istəyən insanlar buna razı olmamalıdırlar. Mən də razı deyiləm. Azərbaycan bu gün müstəqilliyini itirmək təhlükəsi qarşısındadır”,- deyə İ.Həmidov vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bildirib ki, Azərbaycan Avrasiya məkanında gedən prosesləri izləyir: “Ancaq Avrasiya İttifaqına üzvlük üçün iqtisadi, sosial və siyasi motivlər olmalıdır”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü istisna etmək olmaz. Ancaq ölkə indiki statusunda özünü daha inamlı hiss edir. “Bu haqda söhbət ekspertlər səviyyəsində, müxtəlif ölkələrin siyasi elitalarında çoxdan gedir. Belə deyərdim: biz prinsipcə hazırkı mövqeyimizdə olmaqdan özümüzü çox rahat və inamlı hiss edirik…Ona görə də gərək baxaq ki, hansı tendensiyalar baş verəcək. Əlbətdə, əgər İttifaq cəlbedici olsa çoxları ora can atacaq. Ona görə də heç nəyi istisna etmək olmaz, lakin mən indiki mərhələni məhz belə xarakterizə edərdim”,- deyə İ.Əliyev qeyd edib.

Amin

Xəbər lenti