İsrail Obamanın açıqlamasını hiyləgərlik adlandırıb.

Axar.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obamanın Təl-Əvivin İranla nüvə sazişindən dolayı narahatçılığına dair açıqlamasını israillilər hiyləgərlik adlandıraraq respublikaçı yəhudilərin bu tələyə düşməyəcəyini bildiriblər.   Amerikalı siyasətçi, keçmiş nazir müavini, respublikaçı Dik Çeyni qızı Liz Çeyni ilə birlikdə yazdıqları  “Niyə dünya Amerikanın gücünə ehtiyac duyur” (“Exceptional: Why the World Needs a Powerful America”) adlı kitabda Obamanı sərt tənqid ediblər:   “Bu nüvə anlaşması 1945-ci ildən bu yana ilk dəfə nüvə silahının istifadəsinə zəmin yaradacaq. Obama yalan danışır. Bu anlaşma İranın önünü açacaq və Yaxın Şərqdə nüvə müharibəsi başladacaq. Xirosima və Naqasakidən sonra ilk dəfə nüvə silahları istifadə ediləcək”.   Qeyd edək ki, bir müddət öncə Obama ölkəsindəki yəhudi icmalarına xitabən İsrailin İranla nüvə sazişi ilə bağlı narahatlığına toxunaraq, “bu bizim İsraillə məsələmizdir və bir ailədaxili münaqişədir, hamımız İsrailin tərəfdarıyıq”,

Xəbər lenti