Dəyərli Media mənsubları !
Hörmətli Xanımlar və Bəylər!
Sizi, Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qələminizin - Millətimizə, Dövlətimnizə, İnsanlığa, Haqqa – Ədalətə xidmət etməsini arzulayıram!
Həsən bəy Zərdabinin əsasını qoyduğu , Azərbaycan Milli Mətbuatı uzun və şərəfli bir yol keçib. Azərbaycan Mətbuatı ilk illərdən - Milli şüurun formalaşmasında öz damğasını vurmuşdur. Türk millli şüurunun formalaşması və dünyaya çatdırılması ideoloqlarımızın və mətbuatımızın xidmətidir.
Bu uzun illər Azərbaycan mediası üçün heç də, asan olmayıb. Azərbaycan mətbuatı fövqaladə vəziyyət rejimində də nəşr olunub, amansız represiyalar da görüb. Azərbaycan jurnalistlərinin böyük qismi azad mətbuatın bərqərar olması yolunda fəaliyyət göstərib. Lakin indiki siyasi şərtlər altında bu azadlığa nail olmaq daha çətindir.
Sizə - Azərbaycan mediasına gerçək azadlığa qovuşmağı arzulayıram!
Azərbaycan mətbuatının heç bir siyasi qüvvənin diktəsini öz üzərində hiss etməyəcəyi gün çox yaxındadır. Demokratik dünyada dördüncü hakimiyyət sayılan media, Azərbaycanda da layiq olduğu yerə mütləq sahib olacaq. Bu yolda hər birinizə uğurlar arzu edirəm.
Bir daha bayramınız mübarək, əziz media mənsubları!
22.07.2016.