Lənkəran rayonunda Bakı şəhər sakini olan 28 yaşlı gənc dənizdə batıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Bakı şəhərinin Badamdar qəsəbə sakini, 1987-ci il təvəllüdlü İsmayıl Seyfulla oğlu İbrahimov dənizdə çimərkən batıb. Həyata keçirilən axtarışlardan sonra onun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti