Bakıda 17 yaşlı oğlan bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, hadisə martın 27-də saat 22 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 115 ünvanının qarşısında baş verib. Naməlum şəxslər xuliqanlıq zəminində 1998-ci il təvəllüdlü Cəfərov Nicat Bəykişi oğluna çoxsaylı xəsarətlər yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan N.Cəfərov 10-cu sinif şagirdidir. Onu bıçaqlayan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Xəbər lenti