Bir neçə gündür ki, “Günəşli” platformasında baş verən yanğının səbəb olduğu insan faciəsi ilə əlaqədar hadisə şahidlərinin və ekspertlərin dilindən müxtəlif iddialar irəli sürülməkdədir. 

“Qafqazinfo” xəbər verir ki, yayılan iddialar arasında hava şəraitinin işçilərə əvvəlcədən düzgün proqnoz edilməməsi məsələsi xüsusi diqqət kəsb edir. Elə vəfat edənlərdən biri Ramiz Həsənovun qohumu Rəşad Qasımovun da əməkdaşımızla söhbətində dediklərini bir daha xatırlamaq yerinə düşər. R. Qasımov bildirib ki, həmin gün o 120-ci platformada olub: “Biz şimala ən yaxında idik. Bu hadisənin baş verməsinə səbəb hava proqnozunun neftçilərə düzgün verilməməsi və təxliyyə əmrini verən ustanın yanlış qərarı olub. Bizim platforma dəniz səviyyəsindən 27 metr hündürlükdədir, amma dalğa platformadakı butkalarımızı da aparırdı. Külək şimaldan əsirdi, bütün platformalarda yaşayış yeri şimal hissədə yerləşir. Yanğın isə özülün cənubunda başlayıb, külək alovu yaşayış hissəsinin əksinə vururdu. Əgər baş mütəxəssis emosional davranmayıb işçiləri yaşayış yerində saxlasaydı, onlara heç nə olmazdı. Bu hadisələrin günahkarı təxliyyə qərarı verən şəxsdir. Həm də özüldə şimalda və cənubda iki qayıq olub. Usta işçilərə şimaldakı qayıqlara minməyi əmr edib. Axı niyə? Onsuz da külək şimaldan güclü külək vardı. Onlar cənubdakı qayıqlardan istifadə etsəydilər, bəlkə də bunlar olmazdı. Bundan başqa, bütün platformalar təhlükə altında qalmışdı. Bizə öncədən belə hava proqnozu verilməmişdi. Əgər belə güclü külək olacağı deyilsəydi, heç kim dənizə çıxmamalı idi".

Ötən gün Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı da güclü külək olduğu halda dənizdə hansı işlərin dayandırılması ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunur ki, küləyin gücü 4 bal və ondan yuxarı olduqda bir sıra işlərin görülməsi dayandırılır.

Məlumdur ki, hadisə baş verən gün, yəni dekabrın 4-də dənizdə güclü qasırğa olub. Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova “Qafqazinfo”ya açıqlamasında həmin gün dənizdə küləyin gücünün 12 bal - 33 metr olduğunu açıqlayıb.

Belə olan halda “Günəşli” platformasında işlərin dayandırılıb dayandırılmaması, o cümlədən hava şəraiti ilə əlaqədar proqnozun vaxtında verilib verilməməsi gündəmə gəlir.

Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında yuxarıda qeyd olunan məsələyə aydınlıq gətirib. O qeyd edib ki, dekabrın 3-dən artıq küləyin güclü olacağı məlum olub: “Ona görə də işlər dayandırılmışdı. Küləyin öncədən bilinən gücünə uyğun xəbərdarlıq edilir. Biz də buna görə bütün işlərin dayandırılmasına qərar vermişdik. Amma küləyin gücünün işçilərin həyatı üçün təhlükə yaradacağını proqnozlaşdırmırdıq. 

Bundan əlavə, hesab edirik ki, baş mühəndisin təxliyə ilə bağlı verdiyi qərar doğrudur. Platformada qalmaq əmri verilsəydi, bəlkə də hadisələr başqa cür olardı. Ən azından 30 nəfəri xilas etmişik”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hava şəraiti pis olduqda tikinti işçiləri və qazmaçılar platformadakı yaşayış yerlərində olurlar: “Ancaq hasilatla məşğul olan neftçilər istənilən hava şəraitində işləyirlər. Çünki onlar açıq hava şəraitində deyil, bağlı şəraitdə işləyirlər. Düşünürəm ki, həmin gün tikintiyə cəlb olunmuş 15 nəfəri ona görə geri aparmayıblar ki, hava şəraiti dəyişəcək və onlar da işinə davam edəcəklər”.

Onun sözlərinə görə, neft sənayəsi istehsalın fasiləsiz iş rejimində çalışan sahəsidir: “Əgər bir quyuda işlər dayanarsa, o quyunu təzədən işə salmaq üçün üç ay vaxt lazımdır. Platformada qəza isə, hava şəraitindən baş verməyib. Hər hansı hava şəraitinə görə platformda təhlükənin olması mümkünsüz idi. Küləyin gücü hətta 50 bal olsa belə, o platformanı yerindən tərpətmək mümkün deyil. Həmin platforma 30 metr hündürlüyündə dalğanın gücünə davam gətirirdi. Bildiyimiz kimi, qəzanın səbəbi infrastrukturda olub. Yəni ora gələn qaz xəttindəki sızma nəticəsində yanğın baş verib.

BP-nin bundan əvvəlki açıqladığı məlumatlarda da qeyd olunub ki, platformada təhlükəsizlik sisteminin yaxşılaşdırılması, avtomatika və sualtı boru sistemlərinin novistikası, sızmaların qarşısının alınması üçün hansı işlər görülməlidir. BP-nin platformalarına baxdıqda görürük ki, onun 4 ədəd dayaq bloku var. Bunlar sovetin tikdiyi sistemdir. Orda heç GPS sistemi də yoxdur. Bundan başqa, BP şirkətində hər həftə yanğın təhlükəsizliyi və digər məsələlərlə bağlı SOS siqnalı verilir. Biz hələ bu cür ektstremal hallarda çıxış yollarının necə olmasını müəyyənləşdirməmişik. Bir sözlə, Azərbaycanda məişətdən tutmuş bütün yerlərdə yanğın təhlükəsizliyi sistemi qurulmayıb”.

Günel Türksoy

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

Xəbər lenti