Son illər Rusiya hakimiyyət nümayəndələri bu ölkənin böyük Avrasiya dövləti olması haqqında danışmaqdan yorulmurlar. Amma buna baxmayaraq, avrasiyaçılıq məsələsində ruslar inhisar sahibi deyillər. Çünki onlar ənənəvi olaraq, bu istiqamətdə güclü ambisiyaya malik indiki Türkiyə rəhbərliyi ilə rəqabət aparırlar. Təəccüblü deyil ki, Moskva ilə Ankara arasında yaşanan indiki münaqişə bütün Avrasiya dünyasını parçalaya bilər. (Deutsche Welle)

Rusiya tərəfindən həyata keçirilən anti-türk sanksiyalarından sonra, Orta Asiyanın postsovet respublikalarının rəhbərləri, o cümlədən Azərbaycan hakimiyyəti, kimin tərəfində olduqlarını müəyyənləşdirməlidir. O ki qaldı Tatarıstan və Başqırdıstana, onların elə də böyük seçim imkanları yoxdur. Artıq Moskva onlara əmr edib ki, mənzil qərargahı Ankarada yerləşən “Türksoy” beynəlxalq türk mədəniyyəti təşkilatındakı əlaqələrini təcili surərtə dayandırsınlar.

- Moskva Türkiyənin təsirindən ehtiyat edib

1990-cı illərdə Rusiya hakimiyyəti türk təsirindən ehtiyat edirdi. Onlar pantürkizm ideyasını yaddan çıxarmamışdılar. Rəcəb Tayyib Ərdoğan isə hələ hakimiyyətə gəlməmişdi və onun rəhbərliyi altındakı mötədil islamçılar hələ Rusiyanın daxili siyasətinə müdaxilə etməmişdilər. Rusiya xüsusi xidmət orqanları Türkiyə hakimiyyəti tərəfindən Rusiyadakı türk dilli Başqırdıstan, Tatarıstan və həmçinin bir sıra Şimali Qafqaz xalqlarının (karaçaylar, balkarlar və s) mədəni və dini istiqamətdəki tədbirlərinin maliyyələşdirilməsinə şübhə ilə yanaşırdılar. Moskvada rəsmi Ankaranın Orta Asiya respublikaları – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan ilə daha sıx əlaqələr qurmasına əsəbi reaksiya göstərirdilər. Azərbaycan ilə Türkiyənin “iki dövlət-bir millət” prinsipinə dayanan strateji əməkdaşlığından isə hələ danışmırıq.

Lakin hətta mədəni və siyasi cəhətdən Rusiyanın öz türk dilli qonşularına bu günkündən daha böyük təsir göstərmək imkanına malik olduğu vaxtlarda belə, Moskva onlara kimin tərəfində dayanmaq məsələsində təzyiq etməyə risk etmirdi. Postsovet məkanının cənubundakı türk dünyası ilə rus dünyası bir-birlərinə cakitcə uyğunlaşıb yaşayırdılar.

- Özününkünü döy ki, düşmən də qorxsun…

İndi isə vəziyyət dəyişib. Suriya sərhədində Rusiyanın “Su-24” təyyarəsi məhv edildikdən sonra Kreml Türkiyəyə qarşı sanksiya tətbiq etməyi qərara aldı. Düzdür, hələlik burada ciddi iqtisadi müharibədən söhbət getmir. Hələki sanksiyalar Türkiyəyə rus qazının, müxtəlif növ metalların və digər xammal məhsullarının nəql edilməsi məsələsinə toxunmur.
Moskvanın Türkiyədən gətirilən meyvə və tərəvəzə qarşı qismən qadağa qoyması, əsas etibarilə Rusiya vətəndaşlarına zərbə vuracaq. Ümumiyyətlə isə tətbiq edilən sanksiyalar yalnız insanlara yönəlmiş tədbirlərdir. Məsələn, bir tərəfli formada vizasız rejimin ləğv olunması və əksər türk vətəndaşlarının Rusiyada işləməsinə qadağa qoyulması buna bariz misaldır.
Bütün bunlarla yanaşı Moskva “öz” türklərinə Türkiyənin rəsmi və qeyri-rəsmi şəxləri ilə münasibət qurmağı açıq şəkildə yasaqlayır. Kremlin istəyinə görə, onlar türk mədəni birliyinı unutmalı və Rusiya özünəməxsusluğunun xeyrinə seçim etməlidirlər.Ancaq Tatarıstan və Başqırdıstan öz dini və milli köklərini unutmaq fikrində deyillər. Kremlin bu məsələyə kəskin müdaxiləsi əks reaksiya verə bilər. Çünki bu məsələ millətçilik hislərini qaldıra və eyni zamanda ruslara qarşı yönəlmiş millətlərarası münaqişə təxribatına gətirib çıxarar. Regionda belə bir şey artıq bir dəfə çeçen müharibəsi zamanı baş vermişdi. Həmin vaxt burada yaşayan xalqlar Rusiya hakimiyyətinin müharibə siyasətini müxtəlif prizmalardan dəyərləndirirdilər.
O ki, qaldı Azərbaycan və Orta Asiya hakimiyyətlərinə, Moskva açıq şəkildə onlardan postsovet məkanının özünəməxsusluğuna üstünlük verilməsini gözləyir (Yəni Rusiyanın tərəfində dayanmağı).
Görəsən postsovet respublikaları buna hazırdırlarmı? Aydındır ki, yox. Ona görə ki, heç kim Rusiya ilə Türkiyə arasındakı münaqişənin bu cür intensiv şəkil alacağına hazır olmayıb.

- Vasitəçilik missiyası

Hələ bu yaxınlara kimi belə güman olunurdu ki, Avropa Birliyi ilə mübahisə edən və son illər Türkiyə ilə münasibətləri nisbətən soyuyan Azərbaycan, Rusiyaya tərəf yön almağa başlayıb. Rusiya ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi haqqında söhbətlər dolaşırdı. Azərbaycanlıları Avrasiya İqtisadi İttifaqına dəvət edirdilər.

İndi rəsmi Bakı Türkiyə xarici işlər nazirini böyük məmnuniyyətlə qəbul edərək, Mövlud Çavuşoğlunun Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqındakı fikrlərini dinləyir. Bundan əlavə Azərbaycan hakimiyyəti Rusiya ilə Türkiyə münaqişəsinin yoluna qoyulması istiqamətində vasitəçi kimi çıxış etməyi təklif edir. Onlar birmənalı olaraq, rusiyapərəst mövqe tutmağa hazır deyillər. Amma bu prezident İlham Əliyevin Ərdoğanın tərəfinə keçəcəyi anlamına da gəlmir. Azərbaycan ilə Türkiyənın hazırkı ticarət dövriyyəsi 4 milyard dollar təşkil edir. Ərdoğan hələ 2013-cü ildə bunun 15 milyard dollara çatdırılacağına söz vermişdi.
Öz növbəsində Qazaxıstan da Türkiyə ilə olan iqtisadi əlaqələrini qurban vermək fikrində deyil. Çünki ortada 3,5 milyard dollarlıq ticarət dövriyyəsi var. Elə ona görə də, Astana münaqişənin gərginləşməsində maraqlı görünmür. Onu da bildirmək lazımdır ki, Qazaxıstan 30 noyabrdan etibarən Ümumdünya Ticarət Təşkilatına üzv olur və bu hadisənin Astanada geniş şəkildə bayram edilməsi Rusiyanın qazaxları anti-türk sanksiyalarına qoşulmağa məcbur edə bilməyəcəyini göstərir.
Qırğızıstan, Özbəkistan və Türkmənistan isə özlərini sankı heç bir hadisə baş verməmiş kimi aparırlar. Rusiyanın postsovet məkanı üzrə tərəfdaşları gələcək fəaliyyət addımlarını götür-qoy etmək üçün vaxt udmağa çalışırlar. Orta Asiya ölkələri və Azərbaycan, Kremlin geosiyası ambisiyalarına görə hesab ödəmək niyyətində deyillər və həmçinin də onlar Moskva ilə münaqişə yaşamadan onunla müəyyən məsafə saxlamağa çalışırlar.

 azpolitiko.info

 

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti