Ərəstun Oruclu: “Azərbaycanın Qərblə münasibətləri artıq pozulub”

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək barədə qərarı ölkədaxili və beynəlxalq diqqəti rəsmi Bakının siyasi reaksiyasına yönəldib. Avropa Birliyinin ardınca ATƏT-in də Azərbaycanda keçiriləcək seçkiləri müşahidədən imtina etməsi münasibətlərdə tarazlığın pozulması kimi qəbul edilə bilər.

Görünən budur ki, hakimiyyət ya Avropa Birliyinin şərtlərini yerinə yetirib, Qərblə münasibətlərin yumşaldılmasına nail olmalı, ya da digər sürprizlərə hazır olmalıdır. Rəsmi Bakının və ictimaiyyətin müəyyən kəsimlərinin qətnamənin tələblərinə sərt təpki verərək, sənədi “ikili standartlar”ın davamı adlandırması münasibətlərin bir müddət bu şəkildə davam edəcəyini göstərir.

Sentyabrın 14-də isə sözügedən qətnamənin müzakirəsi üçün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. İclasda Avropa Birliyinin ünvanına sərt ittihamların səslənəcəyi ehtimalı böyükdür. Qərb isə Azərbaycana qarşı tələblərini davam etdirir.

Qərbdə hesab edirlər ki, Azərbaycan hakimiyyəti ardıcıl şəkildə siyasi və iqtisadi islahatlarla ölkədə vətəndaş cəmiyyətinin inkişafını təmin etməli, korrupsiyanın tamamilə aradan qaldırılmasına nail olmalı, tam şəffaf seçki sisteminin formalaşmasında ciddi irəliləyişlər əldə etməlidir və ölkə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmaq istiqamətində danışıqları dayandırmamlıdır.

Avropa Birliyi də “Şərq Tərəfdaşlığı Proqramı” və “Yaxın Qonşuluq Siyasəti” üzrə götürülən öhdəliklər çərçivəsində Azərbaycandakı durumun dəyişməsini tələb edir. Lakin Qərb dairələri hesab edir ki, siyasi proseslərin inkişafı bunun əksini göstərdi və Azərbaycan faktiki olaraq, “Şərq Tərəfdaşlığı” proqramı, “Yaxın Qonşuluq Siyasəti” proqramı üzrə götürdüyü öhdəliklərə əməl etməyib.

Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar hələlik dayandırılıb. Azərbaycanda siyasi məhbuslar var, onlardan bir neçəsi də jurnalistdir. “Qeyri Hökumət Təşkilatları” və “Qrant haqqında” qanunlara edilmiş dəyişikliklər də Qərbi qane etmir. Vətəndaş cəmiyyəti fəallarına, bloggerlərə qarşı basqılar var. Müstəqil məhkəmə hakimiyyətinin fəaliyyəti şübhə altındadır.

Sözügedən məsələni Cebhe.info-ya şərh edən “Şərq-Qərb” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, hakimiyyətin Avropa Parlamentinin qətnaməsini etirazla qarşılayacağı gözlənilən idi. Çünki Azərbaycan iqtidarı nə daxildən, nə də xaricdən tənqidi qəbul edir və heç kimin təqib olunmadığını bildirir:

“Fikrimcə, Azərbaycanın Qərblə münasibətləri artıq pozulub və tam kəsilməyə doğru gedir. Qətnaməyə verilən reaksiya da bunu təsdiq edir. Həmin qətnamədə Avropa dövlətlərini və təşkilatlarını Azərbaycanda seçkiləri müşahidə etməkdən çəkinməyə çağırış var idi.

Sənədin qəbulu ilə ondan bir gün sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun noyabr ayında keçiriləcək parlament seçkilərini müşahidəçilikdən imtina etməsi barədə qərar qəbul etməsinin birbaşa olmasa da, ümumi münasibətlər fonunda əlaqəsi var.

İstisna etmirəm ki, həmin qətnamədə yazılan bir sıra çağırışlar, maddələr yaxın zamanlarda reallaşmağa başlayacaq. Bu, sanksiyalarla, təhqiqatlarla, hər şeylə bağlı ola bilər. Mən başa düşə bilmirəm ki, 5-10-50 siyasi məhbusu azadlığa buraxmaq nəyi dəyişə bilər?

Əksinə, normal rəqiblərin sıradan çıxarılması onların yerini daha radikal qüvvələrin tutması ilə nəticələnə bilər”.

Qətnamənin Azərbaycan-Rusiya münasibətlərinə təsirinə gəlincə, politoloq bildirdi ki, Azərbaycan Rusiya ilə onsuz da yaxınlaşıb. Ona görə də qətnamənin Azərbaycanı Qərbdən Rusiyaya doğru yönəldəcəyi inandırıcı görünmür: “Düşünürəm ki, qətnamənin qəbuluna səbəb olan amillərdən biri elə Azərbaycanın indiyə qədər Rusiya ilə çox yaxınlaşması olub”.

Cebhe.info

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti