Beynəlxalq Bankdan kredit alan iş adamları ilə bağlı başlanmış istintaq günlər keçdikcə “oliqarxgeyt” prosesinə çevrilir. Demək olar ki, hər gün kimlərinsə istintaqa çağırılması, həbslərin davam etməsi barədə xəbərlər yayılır. İş adamlarının həbsi barədə yayılan məlumatların fonunda hüquq-mühafizə orqanları susmaqda davam edirlər. 

 Teleqraf.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, bu susqunluğun səbəbi istintaqın miqyası ilə bağlıdır və “oliqarxqeyt” işi üçün DİN və Respublika Prokurorluğu birgə istintaq qrupu yaradıb. Qrupa hər iki tərəfdən hüquq-mühafizə strukturlarının rəhbərləri nəzarət edir. Belə bir ehtimal var ki, rəsmi məlumatın yubanmasına səbəb Beynəlxalq Bank işi ilə bağlı mənzərənin  tam aydınlaşmamasıdır, üstəlik, xeyli şübhəlilər də var ki, onları əvvəlcədən xüsusi təlaşa salmaq istəmirlər. Bəzi ekspertlər isə güman edirlər ki, biznesmenlərə qarşı “yumşaq güc”dən istifadə olunacaq. Onlar “oğurladıqları” pulları geri qaytarmaqla xilas ola biləcəklər.

Qəzetə xəbər verən mənbə bildirib ki, bu həftənin əvvəlindən başlayaraq Heydər Əliyev adına beynəlxalq hava limanına “xüsusi nəzarət qrupu” göndərilib. Bu qrupa ölkədən çıxmaq istəyən iş adamlarını, onların ailə üzvlərini, yaxın qohumlarını yoxlamaq, sorğu-suala tutmaq, hətta ölkədən buraxmamaq səlahiyyəti verilib. Mənbə deyib ki, bu qrupda “qara siyahı” da var və aeroportdan çıxmaları mümkünsüzdür.

Mənbə daha bir sensasion xəbəri mayın 13-də ölkənin sərhədlərində üç gömrük rəisinin qəfil sərəncama göndərilməsinin səbəbləri ilə bağlıdır. Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mayın 13-də Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin  rəisləri- Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundovu işdən çıxarıb. A.Əliyev rəisləri işdən azad etməsinin səbəblərini rotasiya ilə izah edib. Amma işdən çıxarılanların rotasiya ilə niyə yenidən vəzifəyə yox, sərəncama göndərildiklərini açıqlamayıb. Saytlardan biri işdən çıxarılan hər üç gömrükçünün Naxçıvanın Nehrəm kəndindən olması faktına diqqət çəkib. Bizim mənbə isə deyib ki, sərhədlərin möhkəmləndirilməsi yuxarıdan gələn əmrdir və istintaq altında olan Hacı İbrahim Nehrəmli ilə əlaqəsi yoxdur.

“Sərhəd Qoşunlarına və Gömrük Komitəsinə tapşırılıb ki, xüsusilə Rusiya sərhədindən ölkədən çıxanlara nəzarət daha da gücləndirilsin, etibarlılıq artırılsın. Xəbərə görə, sərhəddən bəzi adamların ”sızmaları" ilə bağlı siqnallar alınıb".  Mənbə deyib ki, yeni təyinatlar da əslində dəyişikliyin rotasiyaya aidiyyəti olmadığını göstərir. “Xaçmaz Gömrük İdarəsinə rəisi  təyin edilən Azər Məmmədov (o sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir)  əvvəl də kifayət qədər yüksək vəzifədə - Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini işləyib. Fövqəladə Hallar Nazirliyinin generalı İlham Abdullayevin qardaşı Biləsuvar Gömrük İdarəsinə rəis təyin edilib. Bu təyinatlar onu göstərir ki, iqtidar gömrüyü daha etibarlı əllərə verir”, -  deyə, qaynağımız bildirib.

Medianın ciddi önəm verdiyi bu mövzunun cəmiyyətdə doğurduğu effekt iqtidar dairələrində birmənalı qarşılanmayıb. Telekanallara həbslərlə bağlı məlumat verməmək tapşırılıb, iqtidar qəzetləri də bu mövzuya toxunmurlar. Parlamentin bu gün keçiriləcək iclasında da bu mövzunun xüsusi gündəmə gətirilməsinə ehtiyac olmadığı deyilib. 

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti