|
DEVAMM sədri, ilahiyyatçı - alim Hacı İlqar İbrahimoğlu özünün "Facebook" səhifəsində İŞİD terror təşkilatın adının qabağında islam sözü işlədilməsinin yolverilməz olduğu haqqında yazı yazıb.
Teleqraf.az həmin yazını oxucularına təqdim edir.
İŞİD təkfirçi vəhabi cinayətkarlarının adının yanında İSLAM sözünü heç bir formada işlətmək yolverilməzdir. İstər yazılı dildə, istərsə də şifahi dildə. İŞİD-in özündən də çox bu gün İSLAM sözünün belə eybəcərliklərlə bir yerdə istifadə edilməsindən gələn təhlükədir. Ümid edirəm ki, mediadakı əziz dostlarımız da bu mövzuya imkanları daxilində diqqət etməyə çalışacaqlar.