Azərbaycanda bəzi banklar Mərkəzi Bankın məcmu kapitalın minimum həcmi ilə bağlı tələbinə əməl edə bilməyəcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “APA-Economics”ə açıqlamasında deyib ki, 2015-ci ilin yanvarın 1-nə qədər kommersiya banklarından bəziləri məcmu kapitalın həcmini 50 mln. manata çatdıra bilməyəcək. Onun fikrincə, məhz bu səbəbdən 10-a yaxın bank bazardan çıxa bilər.

“Bilirsiniz ki, 2013-cü ildə bankların məcmu kapitalı 10 mln. manat idi. Mərkəzi Bank qərar verdi ki, 2014-cü ilin yanvarın 1-dən məcmu kapitalı 50 mln. manat olsun. Amma müəyyən səbəblərdən sonradan bu vaxtı dəyişdirdi və müddəti 2015-ci ilin yanvarın 1-nə kimi uzatdı. Mən hesab edirəm ki, bu, səhv addım idi. Bu müddət saxlanılmalı idi. 2015-ci ilin yanvarın 1-ə qədər məcmu kapitalı 50 mln. manat olmayan banklar bunu yığa bilməyəcək. Mən bilirəm ki, bu bankların əksəriyyəti üçün mümkün deyil. Onlar məcbur olacaq ki, başqa banklarla birləşsinlər”, - deyə V. Əhmədov vurğulayıb.

Millət vəkili hesab edir ki, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər. Bu, ilk növbədə kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxaracaq.

“Azərbaycanda bu gün 44 bank var. Elə banklar var ki, zərərlə işləyirlər. Zərərlə işlədikləri, əhalidən külli miqdarda əmanət toplaya bilmədikləri üçün faizləri də yüksək verirlər. Misal üçün, Azərbaycanda elə bank var ki, 30-35%-lə əhaliyə kredit verir. Hansı ki, əhalidən misal üçün  əmanətləri 10%-lə qəbul edir. Yəni, burada çox ciddi problem var. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq. Onda banklar kredit faizlərini də aşağı salmağa məcbur olacaq”, - deyə V. Əhmədov vurğulayıb.

Xatırladaq ki, Mərkəzi Bankın tələbinə əsasən 1 yanvar 2015-ci ilə kimi fəaliyyətdə olan 44 bankının hər birinin məcmu kapitalı ən azı 50 mln. manat olmalıdır. Bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək.

Qeyd edək ki, avqustun 19-da Mərkəzi Bank “Bankların yenidən təşkili qaydaları”nı təsdiqləyib. Avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni, başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.

Qaydalara əsasən, bankların yenidən təşkil olunması mərhələli şəkildə həyata keçiriləcək. Yəni, əvvəlcə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməlidir. Sonra bankların yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli və kreditorlar bu barədə məlumatlandırılmalıdır. Daha sonra yeni bank və yaxud BOKT dövlət qeydiyyatdan keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır.

Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti