|
Zaqatalada 25 yaşlı oğlan bıçaqlanıb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 3-də saat 23.00 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Şamil Musa oğlu Zənqiyev bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib. Zərərçəkən Şamil Zənqiyev və bir neçə şəxslə mübahisə edərkən, bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.