|
12 iyul 2016-cı il tarixində Atatürk Mərkəzində Bütöv Azərbaycan Ocaqlarının(BAO) təşkilatçılığı ilə Bütöv Azərbaycan Birliyinin (BAB) yaradıcılarından olan, milli lider Əbülfəz Elçibəyin müavini olmuş əslən Azərbaycanın güneyindən olanEldar Qaradağlının "Sürgün umudlar" kitabının təqdimatı keçirilib. Tədbirdə ziyalılar, ictimai və siyasi xadimlər, gənclər və b. iştirak ediblər.
Tədbir iştirakçılarından Aydın Mədətoğlu, Pənah Hüseyn, əli Şamil, İsa Qəmbər, Faiq Ələkbəroiv, Aydın Şükürov, Dilavər Əzimli və b. kitab haqqında öz fikirlərini bölüşüblər.
Teleqraf.az