|
Marneulidə yaşayan qaçqınlara nazirlik 50 mənzil aldı.
TELEQRAF.AZ-ın məlumatına görə, iyunun 14 də, Marneuli Bələdiyyəsində, Gürcüstanın Qaçqın və Məcburi Köçgünlər Naziri Sozar Subari qonaq oldu. Subari Bələdiyyənin Sədri Nəbi Abdullayev, İcra Başçısı Merab Topçişvili, Marneuli Bələdiyyəsinin digər əməkdaşları ilə Kvemo Kartli Qubernatorunun Müavini Qaxaber Quqeşaşvili ilə birlikdə Bələdiyyədə yaşayan qaçqın ailələri üçün “Müştərilər Layihəsi” nəznində alınmış inşaası davam edən binaların tikinti prosesini gözdən keçirdi.
Qeyd etmək lazımdır ki, Qaçqın və Məcburi Köçgünlər Nazirliyi, MMC “Novo” dan 50 mənzil alıb. İnşaa 2016 cı ildə sona çatacaq və Marneuli Bələdiyyəsində yaşayan və müvafiq kriteriumlara cavab verən qaçqın ailələrinə veriləcək.