Martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

 Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkaya keyfiyyətli və çeşidli məhsul çıxarılması məqsədilə ölkənin bütün regionlarına müraciət edilib: "Əhali arasında yarmarkalara böyük tələbat var. Artıq səhər saatlarından başlayaraq çox sayda müştəri yarmarkalara müraciət edib".

Qurumdan bildiriblər ki, yarmarkalarda 1 kq mal ətinin qiyməti 5,5 manat, qoyun əti - 6 manat, quş əti - 2,3-2,8 manatdır. Yumurtanın 1 ədədinin qiyməti isə 0,10-0,11 manat arasında dəyişir.

Nazirlikdən onu da deyiblər ki, bayramla əlaqədar olaraq yarmarkalarda meyvələrin, quru meyvələrin, qərzəkli meyvə bitkilərinin həcminin artırılmasına xüsusi fikir verilir.

Qiymətlərə gəlincə, ümumilikdə yarmarkalardakı qiymətlər bazarlardakı qiymətlərdən çox aşağıdır: "Qoz-fındıq - 4-5 manat, nar - 1,5-2 manat, pomidor, xiyar - 1,8 manat, təmizlənmiş qozun 1 kiloqramı - 7-9 manat, təmizlənmiş findıq - 9-10 manat, kartof - 0,5-0,8 manat, alma - 1-1,3 manat, sitrus meyvələri - 1,5-1,8 manat, kişmiş - 7-8 manat, ərik qurusu - 4-5 manatdır.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

Bakı şəhəri üzrə:

- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, "Bakı" kinoteatrının yaxınlığı;
- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası;
- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı;
- Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlığı

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon;
- Köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti