Ağsu rayon Meleoratorlar Qəsəbəsində yaşayan Rəsulova Vahidə Məhərrəm qızı  Rabitəbankın Ağsu filialı tərəfindən təzyiqlərlə üzdəşdiyini bildirib. O bu haqda Teleqraf.az-a yazaraq aidiyyəti qurumlardan bankın onlara qarşı təzyiqlərin qarşısını almağı xahiş edib.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

Mən Rəsulova Vahidə Məhərrəm qızı Ağsu rayonunda yaşayıram.  Həyat yoldaşım və böyük övladım Allahın rəhmətinə qovuşublar. Ailəmizin qazanc gətirənləri onlar olduğu üçün, onlardan sonra mən  Ağsu rayonunun mərkəzi bazarında xirda ticarətlə məşğul olmağa məcbur oldum. Çünki dolanmağımızdan başqa, övladım anadangəlmə ağır xəstə olduğu üçün onun iynə-dərmanına pul tapmalı idim. Bir neçə dəfə banklardan kiçik kreditlər götürüb vaxtı-vaxtında ödəmişdik. Sonuncu dəfə  "Rabitəbank"dan götürdüyüm krediti verməkdə çətinlik çəkdim. Çünki  xəstələndiyim üçün borca girib müalicə olundum. Sonra oğlumun vəziyyəti pisləşdi, ona görə də bankın kreditini vaxtında ödəyə bilmədim. Bunu bankın əməkdaşlarına izah etsəm də, bankın müdiri hər dəfə evimizə zəng edərək pensiya kartımı əlimdən alacağını bildirərək bizi təhdid edir. Bankın təhdidlərinə dözə bilməyərək dəfələrlə intihara cəhd etmişəm. Sizdən xahiş edirəm ki, bizim ailəmizi bankın təzyiqlərindən xilas edin. Acınacaqlı bir durumda yaşayırıq. Sanki ölkədə baş verən böhrana görə  məsuliyyəti biz daşıyırıq.  150 manat pensiya alıram, bununla xəstə övladıma baxım, çörək alım, yoxsa kredit verim?  Azərbaycanda bzim günahımız olmadan ümumi böhran var və bu böhran mənim xırda ticarətimə də öz təsirini göstərdi. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim ailəmizi "Rabitəbank"ın təhdidlərindən xilas edəsiniz.  Bank mənim pensiya kartımı əlimdən alsa onda bizim ölməkdən başqa bir yolumuz qalmayacaq...

Elşən Məmmədov

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti