Bəzən elə vaxtlar olur ki, zehnimiz yorulur, fikrimizi belə ifadə edə bilmirik. Axar.az xəbər verir ki, belə vəziyyətlərdə art-terapevt Viktoriya Nazareviçin tövsiyələri dada çata bilər. Bu problem və anlaşılmazlıqlardan xilas ola bilmək üçün tövsiyə olunanlara etmək lazımdır:
Yorulmusunuzsa – vərəqdə güllər çəkin.
Əsəbisinizsə – xətlər çəkin.
Darıxırsınızsa – bütün vərəqboyu fərqli güllər çəkin.
Qəmginsinizsə – göy qurşağı çəkin. Gərginsinizsə – naxışlar çəkin.
Özünüzdən çıxırsınızsa – vərəqi xırda hissələrə parçalayın.
Narahatsınızsa – oriqami düzəldin.
Nəyisə xatırlamağa çalışırsınızsa – labirint çəkin.
Məyussunuzsa – hansısa şəklin eynisini çəkməyə çalışın.
Çıxılmaz vəziyyətdəsinizsə – yollar çəkin.
Nəyisə anlamağa çətinlik çəkirsinizsə – mandalalar çəkin.
Yorğunluğunuzu aradan qaldırmaq istəyirsinizsə – peyzaj çəkin.
Öz duyğularınızı anlamaq istəyirsinizsə – avtoportret çəkin.
Optimal çıxış yolu tapmaq üçün – dalğa və dairələr çəkin.