Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələrin məbləği artırılır.

Teleqraf.az “Qafqazinfo”-ya istinadən xəbər  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutulan qanun layihələri müzakirəyə çıxarılıb. Hər iki sənəd barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, ”İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni hazırlanan qanun layihəsinə əsasən, vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmiryol qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalızasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 1500 manat məbləğində cərimələnəcəklər. Hazırda isə bu cərimə 60 manatdan 90 manata kimidir: “Yeni layihədə kənd təsərrüfatı təyinatlı torpaqlar da bu məsələdə istisnalıq təşkil edən torpaqların siyahısına daxil edilib.

Bununla yanaşı, torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə də cərimələrin məbləğləri artırılır.

Torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcəklər. Hazırda isə icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəsinə görə fiziki şəxslər 8 manatdan 10 manata kimi, vəzifəli şəxslər 14 manatdan 16 manata kimi, hüquqi şəxslər 32 manatdan 35 manata kimi cərimələnirlər.

Yeni layihəyə görə, müvəqqəti tutulan kənd təsərrüfatı təyinatlı torpaqların vaxtında qaytarılmamasına və ya onların müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat miqdarında cərimələnəcəklər.

Yeni dəyişikliklər torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə olunmasına görə cinayət və inzibati məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur”.

Hər iki Məcəlləyə dəyişiklik geniş müzakirələr açılmadan qəbul edilib.

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti