|
Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək.
ANS TV-nin məlumatına görə, Qurban bayramı ilə əlaqədar olaraq bu günlərdə rayonlara üz tutan sakinlərin də sayı çoxdur. Bunu nəzərə alaraq Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçib. Ehtiyac yaranarsa 200-dən çox avtobusun xəttə buraxılması nəzərdə tutulur. Adi günlərdə 350-400 avtobusla 8-9 min sərnişin daşınırdısa, bayramla əlaqədar sərnişinlərin sayının 15 mindən çox olacağı bildirilir. Bu da gün ərzində bölgələrə 650-dək avtobusun yola salınması deməkdir. Əvvəlki günlərdən fərqli olaraq avtovağzal ərazisində canlanma müşahidə olunur.
Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev rayona gedən sərnişinlərin sayınını artacağını bildirdi. "Gün ərzində qrafikin fasiləsiz işləməsi üçün ehtiyyatda istəlinən qədər nəqliyyat vasitəsi var. Həmçinin qiymət artımının yaranmaması üçün də nəzarət gücləndirililib."
Təyin olunmuş qrafiklər üzrə bilet satışı isə artıq 10 gün əvvəlcədən həyata keçirilməyə başlayıb. Sərnişinlər həmçinin internet vasitəsilə də bilet ala bilərlər. Qurban bayramı ilə əlaqədar sentyabrın 24-dən 28 nədək qürüm gücləndiilmiş iş rejimində işləyəcək.