Dekabrın 23-də keçirilən seçkidən bir həftə vaxt ötsə də, hələ də bəzi dairələr üzrə keçirilən seçkidən ciddi narazılıq davam edir. Bakının Nərimanov Rayon Bələdiyyəsi üzrə keçirilən seçkinin "yanğı”sı da artan müstəvidə cərəyan edir: "Nərimanov rayon Bələdiyyəsi üzrə keçirilən seçki rayon rəhbərliyinin açıq diktəsi və əvvəldən tərtib etdiyi siyahı üzrə keçdi. 

Təsadüfi deyil ki, seçki günü bütün məntəqələrə seçiləcək şəxslərin siyahısı təqdim olunmuşdu. Bu siyahını Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun seçki qərargahı da sosial şəbəkələrdə yaydı. MnSK sədrləri də sonradan verilən tapşırığa əsasən, kiçik istisnalarla bu siyahıya uyğun səsləri protokollarda bölüşdürdü. 

Nəticə etibarı ilə 19 nəfərin adının qeyd edildiyi siyahıda bir nəfər istisna olunmaqla, hamısı "seçildi”. Seçilənlərin arasında Nərimanov rayon icra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovun qardaşı Firdovsi İbadov və digərlərinin adının olması isə başqa bir mövzunun söhbətidir”.
Seçki günü məntəqələrə paylanılmış və Xəzər Teyyublunun yaydığı siyahı ilə MSK-nın rəsmi saytında adları seçilənlər kimi göstərilənləri müqayisə üçün oxucuların öhdəsinə buraxır:

Buyurun, MSK-nın rəsmi saytında Nərimanov rayon Bələdiyyəsi üzrə lider olan şəxslər bunlardır:

TAĞIYEV TƏMRAZ TAĞI
ABDULLAYEV EMİN AYDIN
VƏLİYEV AKİF MƏMMƏD
QARAYEVA İRADƏ KAZIM
ƏHMƏDOVA NURİYYƏ ASLAN
NƏZƏROV AYNUR MƏMMƏD
RƏHİMOV YAŞAR SURXAY
XUDADANOV ARAZ TOFİQ
MAHMUDOV KƏRİM ƏKRƏM
YAQİZAROVA PATİMAT ŞAPİYEVNA
HÜSEYNOV TELMAN RAMİZ
XƏLİLOVA ZİYAFƏT YUSİB
AĞAYEV ADİL AĞAQULU
QURBANOVA FATMA QOCA
HƏSƏNOV ƏLİYAR XANOĞLAN
MƏMMƏDOVA LEYLA MUXTAR
ƏLİYEVA SAMİRƏ FƏRRUX
İBADOV FİRDOVSİ BƏYBABA
MUSTAFAYEV PƏRVİZ AKİF

İndi isə seçkidən əvvəl yayılan siyahını diqqətinizə çatdırırıq:

Onu da bildirək ki, sözügedən dairədəki qanun pozuntuları ilə bağlı bu yeganə fakt deyil. Məsələn, 20 saylı Nərimanov DSK-sının katibi Quliyev Ələkbər eyni zamanda özəl şirkətlərdən birində işləyir və həmin yerdən əmək haqqı alır, o, DSK katibi olmaqla yanaşı, eyni zamanda «Azpetrol» şirkətində çalışır və bunun qanunvericiliklə ziddiyyət təşkil etmədiyini deyib. Təəssüflər olsun ki, bu məsələdə qanunvericiliyin kimin tərəfində olması ilə bağlı MSK-ya ünvanladığımız sorğuya hələ də cavab verilməyib.

Bundan başqa sözügedən dairədən namizədliyi qeydiyyata alınan şəxslərdən biri tərəfindən maraqlı məlumat verilib. Məlum olub ki, 20 saylı DSK-nın katibi Ələkbər Quliyev Nərimanov rayon İcra Hakimiyətinin başçısının birinci müavini Şahmar İbadovun çox yaxın qohumudur. Buna sözümüz yoxdur, ancaq məsələnin başqa maraqlı tərəfi var. İş burasındadır ki, başçının birinci müavininin doğma qardaşı Firdovsi İbadovun namizədliyi də həmin seçki dairəsindən qeydiyyata alınmışdı. Deməli, həmin namizəd də Ələkbər Quliyev yaxın qohum olur. Bəs bütün bunlar qanunvericiliyə uyğundurmu? Seçki qanunvericiliyinə görə ya həmin adamın namizədliyi ləğv edilməlidir, ya da ki, namizədlə yaxın qohumluq əlaqəsinə malik olan DSK katibi vəzifəsindən istefa verməliydi.
Seçki məcəllıəsinin konkret maddələrində də bu hallar qəti olaraq qadağan edilir. Yəni əgər yaxın qohumu DSK-da vəzifə tutmuş, qardaşı isə namizəd kimi qeydə alınmışdısa Ş. İbadov ən azı seçki dönəmində vəzifəsindən kənarlaşmalıydı.

Onu da bildirək ki, Ş.İbadov Nərimanov rayonunda fövqəl səlahiyyətlərə sahiblənib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Şahmar İbadov icra başçısının "qara kassası” funksiyasını yerinə yetirir. Şahmar İbadova qədər bu məsələləri Rəşid Ağayev həyata keçirib. Lakin sonradan Abdin Fərzəliyev «sevimlisi” Rəşid Ağayevi qismən kənara çəkərək, qeyri-rəsmi «yığımı” tam şəkildə Şahmar İbadova həvalə etdi. İndi hər şeyə cavabdeh Şahmar İbadovdur. Cumhuriyyet.az-a daxil olan məlumatda birbaşa Ş.İbadovla «haqq-hesab mexanizmi» haqda da maraqlı məqamlar var. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Şahmar İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində milyon manatlarla ölçülən daşınmaz əmlaklarını kimlərin adına sənədləşdirilməsindən tutmuş, hazırda həmin obyektləri kimlərin işlətməsinə qədər maraqlı araşdırma mövzusu üzrə araşdırmamız davam edəcək. Amma bundan da maraqlısı Şahmar İbadovun daha böyük iddialara düşməsi və bu məqsədlə kimlərlə harada və nə məqsədlə danışıqlar aparması haqda deyilənlərdir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov yerli məmurların böyük əksəriyyətini özündən asılı vəziyyətə salıb. RİH başçısı Abdin Fərzəliyevin etimadından sui-istifadə edən birinci müavin indi hətta onun yerinə keçməklə bağlı xəyallar da qurub: "Nərimanov rayonunda fəaliyyət göstərən bir çox ticarət obyektləri Şahmar İbadovundur. Dönərxanalardan tutmuş, "moyka”lara qədər geniş bir sahəni nəzarəti altına salmağı bacarmış Şahmar İbadov böyük kapital sahibinə çevrilib. 

Əldə etdiyi maddi nemətlər isə deyəsən, onda siyasi iddialar da yaradıb. Belə ki, o bir müddət öncə özünə yaxın bildiyi məmurlardan ibarət kampaniya ilə qonaqlıqda olub və elə oradaca da iddiasını açıqlayıb. O, "Nərimanov rayonunda hər şey mənlikdi, Abdin müəllim isə yaxın günlərdə daha böyük vəzifəyə gedəcək. Bundan sonra isə icra başçısı özüm olacam”-deyə iddialı bəyanatla çıxış edib.

İddiaların nə dərəcədə gerçək olduğunu deyə bilmərik, amma Nərimanov rayonunda iqtisadi rıçaqları əlində saxlayan məmurun bələdiyyə planları kapital gücünün siyasi güclə birləşməsinə işarə ola bilər...

mediaxeberleri.az



Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti