|
Yasamal rayon “Qanlı göl” ətrafında məcburi köçkünlər tərəfindən tikilmiş evlər artıq sökülür.
Teleqraf.az-a müraciət edən evləri sökülən köçkünlər onlara verilən evlərin bölgüsü ilə razılaşmır. Onların bildirdiklərinə görə, neçə illərdir ki, güc bəla ilə həyət-baca salıblar, indi isə onların tikdiyi evləri sökərək 4 nəfərlik ailəyə 2 otaqlı mənzil verirlər. Bəzi köçkünlər isə bildirir ki, əziyyətlə özlərinə çox otaql evlər tikiblər. İndi isə onlara vaqonda yaşayanlarla eyni bölgü aparılır.
Kəlbəcər rayonundan məcburi köçkün olan Cəfərova Adilə Süleyman qızı bildirir ki, o ata-anası ilə birgə ayrı təsərrüfat olub. İndi ata-anası dünyasın dəyişibdir deyə onu qardaşlarının biri ilə eyni təsərrüfata salıblar. Buna görə də ona mənzil verilmir. Cəfərova Adilə bununla bağlı ölkə rəhbərinə müraciət edəcəyini də bildirib.
Komitə Sədri Gəray Fərhadov isə bildirib ki, bura sonradan gələnlər və mənzili olmayanlarla bağlı sonra müzakirələr aparılacaq. Görünən isə odur ki, Öz yurd-yuvalarından didərgin düşmüş sakinlər illərdir ki, əziyyətl bağ-bağça, ev-eşik salan məcburi köçkünlər yenə də, köçkün oldular.