Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ qaziləri” ictimai birliyinin həyata keçirdiyi “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində III konfrans keçirilib.

“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq Azərbaycanda Qarabağ qazilərinin real vəziyyətindən danışıb. O bildirib ki, dəfələrlə demələrinə, tənqid etmələrinə baxmayaraq, əksər məmurların Qarabağ əlillərinə, Şəhid ailələrinə qarşı biganəliyi, özbaşınalığı hələ də davam edir: “Biz dəfələrlə bəyan etmişik ki, dövlət başçısı, cənab İlham Əliyev məmurları Qarabağ əlillərinə, Şəhid ailələrinə qarşı diqqətli olmağa, bu insanların problemlərini həll etməyə çağırıb. Amma  əksər məmurlar bu çağırışa əməl etmirlər. Bu bizi çox narahat edir.”

Layihənin rəhbəri “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov bu layihənin əsas hədəflərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. Və bu baxımdan III konfransın da səmərəli keçəcəyinə ümid etdiyini deyib.

“Qarabağ qaziləri” ictimai birliyinin Şuşa rayon şöbəsinin sədri Kərim Hüseynov köçkün Qarabağ əlillərinin mənzillə təminatında problemlər olduğunu deyib: “Bildiyiniz kimi dövlət tərəfindən növbəlilik əsasında Qarabağ əlillərinə, Şəhid ailələrinə mənzillər verilir. Amma biz yaşadığımız rayon və şəhərlərdə daimi qeydiyyatda omadığımıza görə bu təminatdan kənarda qalırıq. Yerli icra hakimiyyəti nümayəndələri deyir ki, onlar ancaq daimi yaşayış qeydiyyatı olan Qarabağ əlillərini, Şəhid ailələrini güzəştli şəxslər kimi mənzil növbəsinə götürə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu növbə ilə mənzilləri paylayır. Bu səbəbdən biz kənarda qalırıq.”

Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov təklif etdi ki, digər təbəqdən olan insanlar kimi məcburi köçkün Qarabağ əlilləri və Şəhid ailələrinə də mənzillər tikilib paylansın. Və bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət olunmasını təklif etdi.

“Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov bu problemin onlara tanış olduğunu və bununla bağlı təşkilatın rəhbərləri səviyyəsində Azərbaycan Respublikası Baş nazirinin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdüklərini dedi: “Biz Əli müəllimlə bu problemin həlli üçün müvafiq müzakirələr apardıq. Və ümid edirik bu məsələ öz həllini tapacaq. Amma buna baxmayaraq problemlə bağlı cənab Prezidentə də müraciət etmək yerinə düşərdi.”

Konfransda digər iştirakçılar da çıxış edərək öz fikir və düşüncələrini bölüşüblər. 

Tədbirdə iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet paylanıb. /musavat.com/

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti