|
Sivil Toplum Platforması (STP) növbəti toplantısını keçirib.
Teleqraf.az-ın xəbərinə görə, toplantıda STP üzvləri əsas etibarilə 26 sentyabra təyin olunmuş Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və ciddi narahatlıqlarını bölüşüblər. Qərara alınıb ki, bununla əlaqədar STP-nin ayrıca mövqe sənədi hazırlansın. Eyni zamanda təkliflərin dərindən araşdırılması və yaxın zamanlarda geniş müzakirənin təşkili üçün ictimai Forum keçirilməsi qərarlaşdırılıb.
Toplantıda həmçinin STP üzvü Fuad Həsənovun sağlıq durumu müzakirə edilib, səhhətinin ciddi ağırlığı ilə bağlı dərin narahatlıqlar qeyd olunub. Həmçinin onun müalicəsinə fərdi, toplu və dövlət halında dəstək üçün STP adından müraciət qəbul edilib.
Anar Rəsul