|
Güney Azərbaycanda tətil keçirilir Güney Azərbaycanın Zəncan Şəhərində yerləşmiş olan "Transfo" Fabrikinin işçiləri iki həftədən çoxdur ki, tətil aksiyasına başlamışlarş. İranda, özəlliklə Azərbaycan şəhərlərində olan boğuntu və repressiya şəraitində bir günlük tətil belə çox böyük cəsarət sayılır.
Buna baxmayaraq zəncanlılar 14 gündür ki, iş başına getmir və işdən çıxarılan həmkarlarının yenidən işə alınmalarını tələb edirlər. "Transfo" işçilərinin aksiyası fabrikin sözdə özəlləşdirməsi və onun yeni sahiblərinin idarəetmə üsullarına etiraz olaraq başlamışdır. Son illərdə İranda dövlətin fabrikləri özəlləşdirmə siyasəti adına bəzi İnqilab Keşikçiləri korpusu ( SEPAH) üzvlərinə və yaxud rəsmilərin yaxınlarına pay verilir. Bundan öncə çox sayda fabrik eyni bəlaya düçar olsa da, ancaq zəncanlı işçilər buna boyun əymək istəməyiblər.