İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıqdır ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra prezident Serj Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

 Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Sərkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edib.

Ermənistan prezidenti deyib ki, ilk növbədə baş verən hadisələr diqqətlə, hərtərəfli, qərəzsiz şəkildə araşdırılmalıdır, açıq məhkəmə prosesi keçirilməlidir. “Hər kəs öz hərəkətinə görə ancaq və ancaq qanun qarşısında cavab verməlidir. Başqa hal ola bilməz, bütün şəxsi vendetta cəhdlərinin qarşısını qanunun gücü ilə alınacaq”-Sərkisyan deyib.

Ermənistan prezidenti çıxışının böyük hissəsini məsələlərin silah yoluyla həll edilməsinin yolverilməzliyinə yönəldib.. Onun sözlərinə görə, Ermənistanda məsələlər silah və zorakılıq yoluyla həll edilməyəcək. “İstənilən adam hakimiyyəti sevməyə bilər, hökuməti, prezidenti sevməyə bilər və yürüdülən siyasətə qarşı sərt şəkildə çıxış edə bilər. Lakin bu məsələləri silah yoluyla həll etməyə çalışanların qəhrəmana çevrilməsi üçün əsas ola bilməz”-o deyib.

Sərkisyan bildirib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir. Onun sözlərinə görə konstitusiya islahatları məhz buna yönəlib. “Əminliklə deyirəm ki, cəmi bir neçə ay sonra Ermənistanda məhz belə hökümət olacaq”-o bildirib.

Sərkisyan Qarabağ məsələsi haqda danışaraq “birtərəfli güzəştlərin olmayacağını” deyib. “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram”-Sərkisyan deyib.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti