|
Avropa İttifaqı iyunun 21-nə qədər Rusiyaya qarşı sanksiyaların müddətini artıra bilər.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, qəbul olunmuş qərar iyunun 24-də Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin görüşündə təsdiqlənəcək.