Həsən Ruhaninin təcavüzkar ölkəyə planlaşdırılan səfəri ölkəmizdə hiddət doğurub; Elxan Şahinoğlu: “Tehran ənənəvi siyasətinə qayıdır” 

Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılması və İran prezidenti Həsən Ruhaninin təcavüzkar ölkəyə səfərinin planlaşdırılması Azərbaycanda təpki ilə qarşılanıb. Ekspertlər hesab edirlər ki, fars rejiminin bu addımı ölkəmizlə münasibətləri gərginləşdirə bilər. Bu isə nə Azərbaycana, nə də İrana xoş gələcək vəd etmir.

İran hakimiyyətində qəflətən “erməni sevgisi”nin güclənməsi suallar doğurur. Tehranın atdığı son addımları isə müstəqil politoloqlar Azərbaycan-İsrail əlaqələrinin açıq müstəviyə keçməsi üçün fürsət qismində görürlər. İsraildə səfirliyimizin açılması, İran prezidentinin Ermənistana səfərinin ardınca Azərbaycan prezidentinin də yəhudi dövlətinə səfər zəruriliyi yönündə fikirlər səslənir. 

Politoloq Elxan Şahinoğlu cərəyan edən hadisələrin Azərbaycan üçün xoş olmadığını bildirdi: “Aparılan siyasət İranın xeyrinə deyil. Çünki İrana qarşı nüvə sanksiyaları aradan qaldırıldıqdan sonra rəsmi Tehranın özü demişdi ki, Azərbaycanla əlaqələrin sıx olmasında maraqlıdır. Həqiqətən, son zamanlarda hər iki tərəfdən səfərlərin sayı artmışdı. İran rəsmiləri ölkəmizə gəldilər, Azərbaycan rəsmiləri də ora getdilər. Müxtəlif layihələr danışıldı, ”Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı ciddi işlərə başlanıldı. Hazırda da o işlər davam edir. Belə bir məqamda Ermənistanın xarici işlər nazirinin İrana dəvət olunması, İranın dövlət başçısının düşmən ölkəyə səfərə hazırlaşması Azərbaycan üçün xoş olmayan bir jestdir. Ermənistan kasıb dövlətdir. İranın təcavüzkar ölkədən heç bir qazancı ola bilməz, amma Azərbaycan bölgənin açar dövlətidir. Bu, İrana da bəllidir. Rəsmi Bakı ilə əməkdaşlıqdan İran faydalana bilər. Amma çox təəssüflər olsun ki, Tehran ənənəvi siyasətinə qayıdır. Ermənistanla əlaqələri möhkəmləndirməklə sanki Azərbaycana qarşı bir siyasət nümayiş etdirmiş olur. Bu da Azərbaycanla münasibətlər acısından yaxşı heç nə vəd etmir. Düzdür, ortaq iqtisadi layihələr davam edəcək. Bu, Azərbaycanın da xeyrinədir. Amma düşünmürəm ki, siyasi müstəvidə bu ölkəyə inam artsın. Halbuki, İranın imkanı var idi ki, Dağlıq Qarabağla bağlı konkret mövqe qoymaqla, Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırsın. Amma bunu istəmədilər. Sözdə Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Digər tərəfdən də işğalçı ilə sıx əlaqələr qurmaları onlara səmimi inanmağımıza mane olur".

Politoloq qısa zamanda rəsmi Tehranın mövqeyini dəyişməsinə səbəb olan amillərə də toxundu: “Məndə olan məlumata görə, İran prezidenti Azərbaycana dəvət olunmuşdu. Bir daha ortaq layihələr nəzərdən keçirilməli idi. Amma istiqamətin dəyişməsi, Ermənistana Həsən Ruhaninin səfərinin planlaşdırılması çox şeylərin üstündən xətt çəkdi. Maraqlıdır ki, İran Azərbaycanla münasibətlərdə nədən narazı qalacaqdı? Dövlətimiz müstəqil siyasət yürüdür, qonşu dövlətlərlə münasibətləri normaldır. Amma görünür, yenə də Azərbaycanın müstəqil siyasəti, Qərblə yaxın münasibətləri, İsraillə hərbi əməkdaşlığı rəsmi Tehranda kimlərinsə xoşuna gəlmir. İsraili yenə də ümumislam mövqeyindən çıxış edərək düşmən ölkə adlandırırlar. Amma müsəlman Azərbaycanın torpaqları işğal altındadır, İslam diktə edir ki, Ermənistanı da düşmən ölkə saysınlar. Amma gördüyümüz kimi, təcavüzkar ölkə ilə dost münasibətindədirlər. Görünür İran üçün geosiyasi maraqlar önəm daşıyır. İsrailin Azərbaycanla hərbi əməkdaşlığına qısqanclıq duyurlar. Halbuki İsraillə hərbi əməkdaşlıq Azərbaycan üçün çox vacibdir. Aprel döyüşləri göstərdi ki, İsraildən aldığımız silahlar çox lazımdır, əməkdaşlığı gednişləndirmək maraqlarımıza uyğundur. İran Ermənistanla əməkdaşlıq edir, onlara nəfəs verir. İsrail isə, bizə silah satmaqla ərazi bütövlüyümüzə dəstək verir. Görünür İran bunu istəmir. Amma düşünürəm ki, İsraillə hərbi əməkdaşlığımız olmasa belə, İran yenə də Ermənistanla yaxınlığı davam etdirəcəkdi. Çünki rəsmi Tehran hələ də Azərbaycanı rəsmi dövlət kimi qəbul etmək istəmir. İnkişafımızı özləri üçün təhlükə görürlər”.

E.Şahinoğlu İsraildə səfirliyimizin açılmasının yollarından da söz açdı: “İran Ermənistana dəstək verirsə, Ermənistan İranı dost ölkə adlandırırsa, biz nədən İsraillə diplomatik münasibətləri ikitərəfli qurmayaq? Ölkəmizdə İsrailin səfirliyi var. Artıq orada da səfirliyimizin açılmasının zamanı çoxdan keçib. Hər dəfə bu məsələ gündəmdə gələndə İran və ərəb dünyası faktorunu önə çəkirlər. Amma bu yanlış yanaşmadır. Bəzi ərəb dövlətlərinin də İsraildə səfirlikləri var. Türkiyənin də nümayəndəliyi İsraildə fəaliyyət göstərir. Bu o demək deyil ki, qardaş ölkə ərəb dünyasından qopur. Bu baxımdan İran Ermənistana müttəfiq gözü ilə baxmağa davam edəcəksə, İsraillə əlaqələrimizin ikitərəfli qurulmasına heç bir maneə qalmır. Burada iki məsələni yerinə yetirmək vacibdir. Çoxdan gözlənilən Azərbaycan prezidentinin İsrail səfəri reallaşmalı və İsraildə səfirliyimizin açılması prosesi sürətləndirilməlidir”/Musavat.com/

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti