Tural Abbaslı: “Ağ blok”çular istefaların kampaniya xarakterli olmasını istəmirdilər” 
Müsavat Partiyasından “Ağ blok”çuların istefası davam edir. Mayın 11-də daha doqquz nəfər partiyadan istefa verib. 

Musavat.com-un xəbərinə görə, onlar Emin Məmmədli, Vüsal Qurbanlı, Samirə Həşimi, Toğrul Abbaslı, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədovdur. Toğrul Abbaslı Tural Abbaslının qardaşıdır. Bundan əvvəl isə partiyanın yeddi üzvü istefa vermişdi. İstefa verən gənc fəallar bildiriblər ki, Müsavatın ilyarım əvvəl keçirilən qurultayından sonra partiyada aparılan siyasətin müsavatçılıq ideologiyası ilə zidd olduğu qənaətinə gəliblər. 

Qeyd edək ki, “Ağ blok”un təsisçilərindən Tural Abbaslı istefa verdikdən sonra onun tərəfdarları olan gənclər də partiyadan çıxmağa başlayıblar. Mayın sonunda blokun partiyaya çevriləcəyi gözlənilir.

Partiya rəhbərliyi də artıq istefa verənlərə cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, həmin gənclər partiya fəaliyyətlərini Müsavat Partiyasının 2014-cü ildə keçirilən 8-ci qurultayından sonra faktiki olaraq dayandırıblar. İndi sadəcə, gedişlərini rəsmiləşdirirlər. 

Tural Abbaslı özü isə musavat.com-a bildirib ki, “Ağ blok”çular istefaların kampaniya xarakterli olmasını istəməyiblər. Onun sözlərinə görə, bir dəfəyə uzun bir siyahı ilə mətbuata çıxmağı düzgün hesab etməyiblər: “Bunu kampaniya kimi etmək niyyətində deyildik. Sadəcə olaraq istefa verənlərin arasında elə fəallar var ki, onlar üzdə idilər, aktiv idilər. Buna görə də onlar barədə məlumatlar yaymağı məqsədəuyğun bildik. Yoxsa bunu məqsədli şəkildə etmədik. Kim istəyirsə, partiyada qalıb fəaliyyətini davam etdirə bilər. Şərt deyil ki, biizm partiyaya təkcə müsavatçılar qoşulsunlar. Digər partiyalardan da qoşula bilərlər. Lap elə YAP-ın özündən də kimsə istefa verib, bizə gələ bilər. Bu, hansısa partiyanın elektoratını ələ keçirməyə hesablanmış bir aksiya deyil”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti