"Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt durma"

Ermənistan Prezidenti Serj Sərkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq, rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq. 

ANS-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin sabiq müavini, Siyasi araşdırmalar mərkəzi Fondunun direktoru Andrey Fedorov deyib.

Sərkisyan yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən Dördgünlük müharibə vəziyyəti o qədər dəyişib ki, münaqişəyə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.

“Mövcud status-kvo var idi və bunu cidd-cəhdlə qorumağa çalışırdılar. İndi bu situasiya dəyişib. İrəvan baş vermiş hadisələrdən sonra əvvəlki vəziyyəti saxlaya bilmir. Onlara bu münaqişədə yeni danışıqlar mövqeyi lazımdır. Lakin yeni danışıqlar mövqeyi ATƏT-in Minsk Qrupunun çərçivəsində deyil, Moskvanın vasitəçiliyi ilə birbaşa Azərbaycanla danışıqlar aparmaqdan ibarətdir. Məndə olan məlumata görə, bu yeni mövqe İrəvanda indi mövcud deyil.”, - Fedorov bildirib.

Siyasətçinin sözlərinə görə, diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt durma.

“Bu gün İrəvanda yeni mövqenin formalaşdırılmasına bir çox məsələlər mane olur. Birincisi, bu gün Ermənistanda daxili siyasi əhval-ruhiyyə danışıqlardan çox qarşıdurmaya köklənib. Ona görə ki, Ermənistan rəhbərliyindəki, həmçinin hərbidə olanların çoxu hesab edir ki, Ermənistan öz mövqeyindən tamamilə imtina etməyib, qüvvədə saxlayır. Əslində, bu qarşıdurmalı yanaşma həmişə olub. Sadəcə, özünü büruzə vermirdi, aprel hadisələrindən sonra bu yanaşma qızışır”, - diplomat deyib.

Fedrorov əmindir ki, hazırda İrəvanda rəsmilər arasında çaşqınlıq yaşanır, onlar bundan sonra nə edəcəklərini bilmirlər: “Ermənistan təkbaşına hamıya qarşı olmaq vəziyyətinə düşmək istəmir. İndi İrəvanda bundan, hər nə olursa olsun, qaçmağa çalışırlar. Onlar hansısa daxili kompromis tapmaq istəyirlər ki, danışıqlara gedə bilsinlər”.

Bu məqamda Fedorov birmənalı şəkildə vurğulayıb ki, Ermənistan danışıqlar masasına yenidən oturmağa məcbur olacaq. Onun sözlərinə görə, bu, çox tezliklə baş verəcək.

“Burada söhbət maksimum iki həftədən gedir. Ermənistan prezidenti yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni məsləhətlərə başlayacaq. Yalnız bundan sonra bəzi irəliləyişlər olacaq. Bir şey aydındır ki, bu vəziyyətdə İrəvan danışıqlar prosesindən imtina edə bilməz, çünki əks halda məğlub olacaq”, - rusiyalı diplomat qeyd edib.

Aprelin 24-də Sərkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, - Sərkisyan bildirmişdi.

“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?” - Sərkisyan vurğulamışdı. 

Lakin qısa müddət sonra Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti